Maliyyə Nazirliyinin beş banka yerləşdirdiyi depozitlərin orta faizləri qalxdı
3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
Banker.az-a bu barədə Maliyyə Nazirliyindən bildirilir.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 29 gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Qeyd edək ki, eyni şərtlərlə son 25 iyun hərracında ölkənin ən iri beş bankında 30 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdi.

"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb - YENİ QİYMƏTLƏR
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb
Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik
Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Dünyanın ən varlı 10 adamı
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
"Freelance" nədir?
Onlayn biznes növləri