Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim
Maliyyə savadlılığı mövzusu Bank of Baku-nun daimi diqqət mərkəzindədir və bank fərqli kommunikasiya kanalları vasitəsilə ardıcıl maarifləndirmə işləri aparır.
9 sentyabr tarixində isə Bank of Baku tərəfindən yaşlı nəslin nümayəndələri üçün "Maliyyə savadlılığı hər yaşda önəmlidir" adlı təlim təşkil olunub.
"Üçüncü Bahar" Yaşlılara Dəstək İctimai Birliyi ilə birgə baş tutan təlimin əsas məqsədi cəmiyyətimizin yaşlı nümayəndələrini gündəlik maliyyə əməliyyatları, son dövrlərdə geniş yayılmış fırıldaqçılıq və dələduzluq metodları barədə məlumatlandırmaq olub.
Bankın Ödəniş sistemləri departamentinin əməkdaşı, təlimçi Gülər Mirzəyeva tədbir iştirakçılarına bank kartları ilə ödənişlərin təhlükəsizliyi, şəxsi bank məlumatları və bu məlumatların əhəmiyyəti, eləcə də təmassız və ya onlayn ödənişlər edərkən diqqət edilməli əsas nüanslar barədə məlumatlar verib. Əlavə olaraq, kart hesabındakı vəsaitləri fırıldaqçılardan qorumaq mövzusuna xüsusi diqqət ayrılıb.
Qeyd edək ki, tədbirin əsas fərqləndirici məqamı təlimin səhər yeməyi süfrəsi ətrafında, səmimi bir atmosferdə keçirilməsi olub. Bu format iştirakçılara interaktiv müzakirələri daha rahat şəkildə aparmağa imkan yaradıb. 20-dən çox iştirakçı onları maraqlandıran sualları səsləndirib, qarşılaşdıqları real fırıldaqçılıq hallarını paylaşaraq faydalı tövsiyələr alıblar.
Tədbirin sonunda hər bir iştirakçıya təşəkkür simvolu olaraq sertifikatlar və hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən "Bank of Baku" paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku





/ banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?