Manatın dəyəri xarici valyuta ilə nisbəti deyil, uçot faiz dərəcsi müəyyən edir – Taleh Kazımov
"Mən yoldaşlar ilə, əhali ilə söhbət edən zaman soruşuram ki, "Manatın qiyməti nədir, dəyəri nədir?" Çoxunun ilk ağlına gələn 1.7-dir. Halbuki ki, 1.7 qiyməti Manatın xarici valyutalardan birinə nisbətidir, bu Manatın dəyəri ola bilməz. Manatın dəyəri bizim uçot dərəcəmizdir".
Bunu AZTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Kazımov, "Uçot dərəcəsini dəyişdirməklə biz tələbə təsir göstərirk" deyərək çıxışına belə davam edib:
"Uçot faiz dərəcəsi kəskin qalxan zaman insanlar daha çox öz gəlirlərini yığıma yönəldirlər, çünki daha yüksək faiz gəliri əldə edirlər və bununla da istehlak azalır. Bunun inflyasiyaya azaldıcı təsiri var. Uçot dərəcəsi düşən zaman isə manat kütləsi artır və insanlar daha çox istehlaka başlayırlar. Bunun da inflyasiyaya artırıcı təsiri var".
Qeyd edək ki, hazırda Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsi 9.0%-dir. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri