"Marsol" partnyorları və KOBİA rəhbərliyinin – BUSİNESS BREAKFAST GÖRÜŞÜ - FOTOLAR
Noyabrın 26-da "Kitchen Plus" restoranında keçirilən işgüzar səhər yeməyində Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov "Marsol" partnyoru olan sahibkarlarla görüşüb.
FED.az xəbər verir ki, görüşdə Natiq Həsənov KOBİA-nın fəaliyyəti, iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.
Sədr müavini bildirib ki, KOBİA tərəfindən ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, sahibkarlığın dəstəklənməsi tədbirləri və dəstək mexanizmləri özəl sektorun inkişafına xidmət göstərir.
Görüşdə həmçinin KOBİA-nın KOB Dostu departamentinin müdiri Elnur Əliyev də iştirak edib və KOB Dostu haqqında məlumat verərək sahibkarların suallarını cavablandırıb.
"MARSOL" MMC-nin təsisçisi Tural Mustafayev şirkətin əsas fəaliyyət istiqamətlərindən və sahibkarlığın daha da inkişaf etməsi üçün həyata keçirdikləri tədbirlərdən məlumat verdi. O bildirib ki, ənənəvi şəkildə təşkli edilən görüşlərdə "MARSOL" MMC -nin tərəfdaşları ilə dövlət qurumlarının nümayəndələri sahibkarları maraqlandıran mövzularda müzakirələr aparırlar.
Görüşdə 9 dekabr tarixində KOBİA və "MARSOL" MMC-nin təşkilatçılığı ilə Şəki şəhərində baş tutacaq 100-ə yaxın sahibkarın iştirak edəcəyi "Regional Tərəfdaşların İnkişafı" layihəsi haqqında da məlumat verildi və video təqdimat izlənildi.
Baş tutan "Business Breakfast və B2B" görüşündə tanışlıqlar olub, iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verib. Ən sonda isə MARSOL partnyoru olan "Əminlər Group"-un rəhbəri Məmməd Mənsimov istehsal etdikləri "İlğım" brendinin məhsullarından iştirak edən sahibkarlara hədiyyə edib.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi