Maşınlarda bu funksiya artıq olmayacaq - Yeni tənzimləmə

Maşınlarda bu funksiya artıq olmayacaq - Yeni tənzimləməMaşınlarda gizli qapı tutacaqlarından istifadə edilməyəcək.

Biznes.az xəbər verir ki, Çin avtomobil sektoru yeni qaydalarla diqqətəlayiq yeni tənzimləmə üçün hazırlaşır.

Elektrikli avtomobillərdə getdikcə daha çox yayılmış gizli qapı tutacaqları, təhlükəsizlik və funksional problemlər səbəbiylə qadağan edilib. Tənzimləmə layihəsinin 2027-ci ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılır və istehsalçılara təxminən bir illik keçid dövrü verilir.

Yarı gizli və ya ənənəvi qapı tutacaqlarına icazə veriləcək, lakin bu sistemlər mexaniki ehtiyyat tələb edəcək. Yol qəzaları kimi fövqəladə hallarda qapıları avtomatik açan təhlükəsizlik mexanizmləri də məcburi olacaq.

Xüsusilə son illərdə elektrikli avtomobil istehsalçıları tərəfindən bəyənilən gizli qapı tutacaqları qəşəng görünüş və aerodinamik üstünlüklər təqdim edir. Bununla belə, ekspertlər qeyd ediblər ki, bu sistemlər yüksək qiymətə, nasazlıq riskinə və sərt hava şəraitində işləməməsi səbəbindən ciddi təhlükəsizlik problemləri yaradır. Avtomobil sahiblərinin ən çox şikayət etdiyi məsələlərdən biri də soyuq havada qapıları aça bilməməkdir.

Testlərdə, elektron qapı tutacaqlarının qəzadan sonra açılma nisbəti yüzdə 67 olaraq qalıb, mexaniki sistemlərdə isə bu nisbət yüzdə 98-ə çatıb. Fövqəladə hallara operativ müdaxilənin həlledici əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tənzimləmənin xüsusilə Çində istehsal olunan brendlərə təsir edəcəyi gözlənilir. Təhlükəsiz və əlçatan qapı tutacaqları 2027-ci ildən sonra istehsal edilən bütün avtomobillərdə məcburi olacaq. Bu qərarın təkcə Çində deyil, həm də qlobal avtomobil sektorunda əks-səda doğuracağı və oxşar qaydaların digər ölkələrdə də tətbiq olunacağı gözlənilir.

Xəbərlər     Tarix: 24 sentyabr 2025

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto