McDonald’s və ZARA əslində necə qazanır – Biznes nəhənglərinin əsl gəlir mənbələri

McDonald’s və ZARA əslində necə qazanır – Biznes nəhənglərinin əsl gəlir mənbələriİntuisiya bizə deyir ki, əksər biznes modelləri "əla məhsul yarat və digər istehsalçılarla rəqabət apararkən onu sat" prinsipi əsasında qurulub. Bu modeldə istehsalçı məhsulun satışından pul alır. Əslində, həmişə belə olmur.
Bu yazıda sizə "McDonald"s", "ZARA" və "Ray-Ban"ın əslində necə pul qazandığını göstərəcəyik. Ehtimal ki, hər şey sizin düşündüyünüz kimi deyil.
McDonald"s
Bildiyimiz kimi, "McDonald"s" yemək satır. Bəs o, əsas gəliri haradan əldə edir? Hamburgerlərdən? İçkilərdən? Souslardan? Yox. Bəlkə, françayzidən gələn royaltidən? Yenə yox.
Dünyada 40 mindən çox "McDonald"s" var və onların əksəriyyəti (93%) franşiza ilə işləyir. Yəni, "McDonald"s" restoranlarının 93%-i "McDonald"s" korporasiyasının özünə deyil, françayzilərə aiddir.
Təbii ki, restoranın fəaliyyətə başlaması və inkişaf etməsi farçayzinin boynuna düşür. Bu xərclərə həmçinin binaların icarəsi də daxildir. Bəs françayzilər yeri harada icarəyə götürürlər? Bir qayda olaraq, "McDonald"s" korporasiyasının özündə.
Deyirlər ki, bu ideya "McDonald"s"ın ilk prezidenti və baş direktoru, maliyyə müşaviri Harri Sonneborna məxsusdur. Məhz Sonneborn başa düşdü ki, avadanlığın və yeməklərin satışından deyil, icarədən pul qazanmaq daha sərfəlidir. Beləliklə, "McDonald"s" françayzilərdən torpaq və binalar almağa və onları icarəyə verməyə başladı.
Şərtlər belə idi: françayzilər korporasiyaya icarə haqqının 40% və ya dövriyyənin 5%-ni ödəməlidirlər. Bu sxemin dahiliyi ondan ibarətdir ki, "McDonald"s" torpaq və binaları sabit qiymətə alır və dəyişən qiymətə (restoran qiymətlərindən, dövriyyədən, bazar şəraitindən və s. asılı olaraq) icarəyə verir.
Başqa sözlə desək, zaman keçdikcə françayzilər daha çox ödəniş edirlər və McDonald"s daha çox qazanır.
Sonneborn deyib: "Bizim işimiz iaşə deyil. Bizim işimiz daşınmaz əmlakdır. 15 sent qiymətinə hamburger satmağımızın yeganə səbəbi – onların icarəçilərimiz üçün ən yaxşı gəlir mənbəyi olmasıdır".
Gəlirdən danışırıqsa, 56% françayzilərin, 42% isə restoranların payına düşür. Göründüyü kimi, cəm 100%-dən azdır, çünki şirkətin başqa gəlir mənbələri də var. Və burada deyə bilərsiniz: "Ha-ha, gəlirin yalnız yarıdan bir qədər çoxu françayzilərin payına düşür. Nə danışırsınız?". Fakt budur ki, "McDonald"s"ın öz restoranlarında satışın gəlirliliyi 18%, françayzinqli restoranlarda isə 82% təşkil edir.
Bir də bu aspekti düşünün – torpağın "McDonald"s"dan əvvəlki dəyəri və sonrakı. Əlbəttə ki, bu da icarə haqqını müəyyən edir.
Ola bilsin ki, lənətə gəlmiş kapitalistlər sizin və bizim bütün bunları bilməyimizi istəməzdilər, amma xoşbəxtlikdən, eyni lənətə gəlmiş kapitalistlər illik hesabat təqdim etmək qaydasını ortaya çıxarıblar.
ZARA
Söhbət "ZARA" deyil, onun "Bershka", "Massimo Dutti", "Oysho", "Pull & Bear", "Stradivarius" və "Uterqüe" brendlərinin sahibi olan ana şirkəti "Inditex" haqqında gedəcək.
"Inditex"in biznes modeli şaquli inteqrasiyası ilə diqqət çəkir: şirkət inkişafa (dizayn), istehsala, logistikaya, paylanmaya və satışa nəzarət edir. Ümumiyyətlə, o, heç kəsi yaxına buraxmır və bütün pulları öz daxilində saxlayır.
Eyni zamanda, "Inditex" həm də aşağı reklam xərcləri ilə tanınır. Bəlkə də, haradasa "ZARA" reklamını görmüş ola bilərsiniz, lakin onun reklam büdcəsi orta bazar qiymətindən xeyli aşağıdır (3.5%-ə qarşı 0.3%). Məsələ burasındadır ki, "Inditex" reklamdan deyil, məkandan asılıdır. Əlverişli məkan yaxşı trafik və satış deməkdir. Məkan üçün nə lazımdır? Düzdür, binalar, yəni daşınmaz əmlak. Bəs 7200 "Inditex" (onlardan 2000-i "ZARA"dır) mağazasının yerləşdiyi binaların bir hissəsi kimə məxsusdur? "Pontegadea" şirkətinə. Bəs "Pontegadea" kimə məxsusdur? İspan iş adamı Amansio Orteqaya. Amansio Orteqa nə ilə məşhurdur? O, "Inditex"in qurucusudur.
Beyniniz qarışdı? Baxın: "Pontegadea" – Orteqanın aktivlərini idarə edən təşkilatdır. O, "Inditex"də 59.29% paya nəzarət edir və həmçinin 15 milyard avro dəyərində daşınmaz əmlaka sahibdir. Bu əmlak "Inditex"in özünə icarəyə verilir. Beləliklə, deyə bilərik ki, "Pontegadea" "Inditex"dən əldə etdiyi dividendlərə daşınmaz əmlak alır və sonra onu yenidən "Inditex"ə icarəyə verir.
Luxottica
"Gözləyin, axı "Ray-Ban" haqqında danışacaqdıq!". Səbirli olun, məhz onun haqqında danışacağıq. Fransanın "Essilor" şirkəti ilə birləşən "Luxxottica" indi "EssilorLuxottica" adını daşıyır. Bu, biznes modeli şaquli inteqrasiyaya əsaslanan daha bir böüyk şirkətdir.
Şirkət linzalar, zəif görməni korreksiya edən və yalnız aksesuar kimi istifadə olunan günəş eynəkləri (həmçinin "Ray-Ban" da) istehsal edir. Bir çoxları "Luxottica"nı monopoliya adlandırır və onun eynək və linzalar bazarındakı payını 80%-ə qədər qiymətləndirir.
Bəlkə də, "Luxottica" haqqında heç vaxt eşitməmisiniz, amma indi sizə onun sahib olduğu və ya lisenziya ilə istehsal etdiyi markaları təqdim etmək istəyirik:
McDonald’s və ZARA əslində necə qazanır – Biznes nəhənglərinin əsl gəlir mənbələriYuxarıdakı markaların siyahısına baxın. Əgər siz 27 iyun 2022-ci il tarixindən əvvəl bu siyahıdan eynək almısınızsa, o zaman pulunuz Leonardo Del Vekkyonun cibinə düşüb – məhz o, "Luxottica"nın 66%-nə sahib olub. Dahilik ondan ibarətdir ki, hansı markanı seçməyinizdən asılı olmayaraq, pulunuzu eyni insanlar alır.
Əlbəttə ki, bu sxem yeni deyil və bir çox şirkət ondan istifadə edir – "Volkswagen"dən tutmuş "Starbucks"a qədər.
Sözsüz ki, bu biznes modelin "Rolls-Royce (təyyarə mühərrikləri), "Playstation", "Gillette", "Hilti" və s. kimi "əks-intuitiv" digər nümunələr də var, lakin onlar haqqında növbəti dəfə danışacağıq.

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler valyuta kurslari dollarin kursu bu gun biznes ideyalari rubl mezenne