Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək
Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.
Biznes.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi satınalmanın ehtimal olunan dəyəri 2 milyon 499 min 299 manat təşkil edir.
Tender sənədlərində qeyd olunur ki, layihə çərçivəsində üç əsas istiqamət üzrə xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlara təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması, şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə sisteminin yaradılması, eləcə də müəllimlər üçün avtomatlaşdırılmış qiymətləndirmə platformasının qurulması daxildir.
Satınalma çərçivəsində generativ süni intellekt əsasında fəaliyyət göstərən tədris köməkçisi platformasının imkanlarının genişləndirilməsi və funksiyalarının təkmilləşdirilməsi də planlaşdırılır.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?