"Meqa Həyat Sığorta"nın xalis mənfəəti 2,5 dəfə artıb
Meqa Həyat Sığorta 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Şirkət hesabat ilini 3 milyon 773 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.
Maliyyə hesabatına görə, ötən il şirkətin gəlirləri 17 milyon 291 min manat təşkil edib və bu, əvvəlki illə müqayisədə 2,1 dəfə artım deməkdir. Xərclər 12 milyon 575 min manat olub ki, bu da 2 dəfə çoxdur. Şirkətin mənfəət vergisi üzrə ödənişləri isə 943 min manat təşkil edib və bu göstərici 2,5 dəfə artıb.
2026-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, Meqa Həyat Sığorta-nın aktivləri 35 milyon 843 min manata düşüb ki, bu da illik müqayisədə 25,7 % azalma deməkdir. Hesabat dövründə şirkətin öhdəlikləri 19 milyon 612 min manata enərək 42,7 % azalıb. Balans kapitalı isə 16 milyon 231 min manata yüksələrək 16 % artım göstərib.
Qeyd edək ki, Meqa Həyat Sığorta 2019-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır və səhmlərinin 100 %-i "Meqa Sığorta" ASC-yə məxsusdur.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Cash Back nədir?