Mərkəzi Bank: 2023-cü ilin 3-cü rübündə ticarətdə iqtisadi aktivlik azalıb
Azərbaycanda 2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin üçüncü rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında bildirilir.
Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4%-i təşkil etməklə 7.2 mlrd. manat, qeyri-ticari sektorda isə 80.6% təşkil etməklə 29.7 mlrd. manat olub.
"Bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilmişdir"- deyə, AMB-nin hesabatında bildirilib.
Ümumi ödəniş daxilolmalarında ticari və qeyri-ticari sektorların payını göstərən aylıq zaman sırasın aid dinamika aşağıdakı verilmişdir. Ticari və qeyri-ticari sektorların nisbəti mühüm mikro və makroiqtisadi dəyişənlərlə yanaşı mövsümilikdən də əhəmiyyətli təsirlənir. Qrafikdən göründüyü kimi cari ildə əvvəlki illərlə müqayisədə ticari sektorun payında artım dinamikası müşahidə olunmuşdur.


"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Dünyanın ən zəngin idmançıları
Marketinq nə demədir?
Biznes qurmaq üçün nə lazımdır?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?