Mərkəzi Bank bank hesabatları ilə bağlı qaydaya dəyişiklik edib

Mərkəzi Bank bank hesabatları ilə bağlı qaydaya dəyişiklik edibAzərbaycan Mərkəzi Bankı yerli kommersiya banklarının kapital və onun adekvatlığının hesablanması ilə bağlı qaydada bir sıra dəyişiklər edib.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov sənədə imza atıb. Dəyişiklik 2020-ci il 24 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə bağlıdır.
Dəyişiklər bunlardır:
2.1.11-ci yarımbənddən "faiz və ya əsas borc" sözləri "əsas borc və ya əsas borc üzrə faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər" sözləri ilə əlavə edilsin;
2.1.18-ci yarımbəndə "kredit" sözündən sonra ", habelə kənd təsəsrrüfatı kreditləri" sözləri əlavə edilsin;
2.1.22-ci və 2.1.23-cü yarımbəndlər ləğv edilsin;
2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.2. Bu Qaydada istifadə edilən digər anlayışlar "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin Qanundan irəli gələn normativ xarakterli aktlar ilə müəyyən edilmiş mənaları ifadə edir.";
9.3.1.7-ci yarımbənd ləğv edilsin;
9.3.1.9-cu yarımbənddə ikinci halda "dövlət" sözündən sonra "və Mərkəzi Bankın" sözləri əlavə edilsin və həmin yarımbənddə "kağızlarla" sözü "kağızlar ilə" sözləri ilə əvəz edilsin;
9.3.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"9.3.2.8. dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə zəmanət verən fondların və digər ixtisaslaşmış dövlət qurumlarının zəmanəti ilə manatla verilmiş biznes, o cümlədən kənd təsərrüfatı kreditlərinin qeyd-şərtsiz təmin edilmiş hissəsi;";
9.3.2.9-cu yarımbənd ləğv edilsin;
9.3.3.2-ci və 9.3.4.10-cu yarımbəndlərdə "aktivlər" sözü "tələblər" sözü ilə əvəz edilsin;
9.3.4.8-ci yarımbəndə "biznes" sözündən sonra ", o cümlədən kənd təsərrüfatı" sözləri əlavə edilsin;
9.3.5.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.5.2-ci yarımbənd əlavə edilsin:
"9.3.5.2. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri.";
9.3.6.5-ci və 9.3.6.6-cı yarımbəndlər ləğv edilsin;
9.3.6.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.6.9-cu yarımbənd əlavə edilsin:
"9.3.6.9. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən ailə kəndli təsərrüfatına milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri.";
12.5-ci bəndə "borcları" sözündən sonra "və (və ya) müqavilədə göstərilən digər ödənişlər" sözləri əlavə edilsin;
Qaydaya 1 nömrəli Əlavəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
"4. Kredit müqaviləsində faizlərin əvəzinə digər ödənişlər nəzərdə tutulduqda, orta faiz dərəcəsinin hesablanmasında həmin ödənişlərin cəmi nəzərə alınır.".

Banklar     Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne 1000 manatla biznes kripto birbank