Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydasını yeniləyib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"da dəyişikliklər edilib.
Banker.az xəbər verir ki, bu Qaydanı AMB-nin sədri Taleh Kazımov imzalayıb.
Qərarda deyilir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"da aşağıdakı dəyişikliklər edilsin:
2.1.6-cı yarımbənddə "kredit" sözü "istehlak krediti" sözləri ilə əvəz edilsin;
4.2-ci bəndə "əmlak krediti" sözlərindən sonra ", habelə "Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası"nın tələblərinə uyğun verilmiş layihə maliyyələşdirilməsi kreditləri" sözləri əlavə edilsin;
4.2.2-ci yarımbəndə birinci halda "kateqoriyasına" sözündən sonra "aid" sözü əlavə edilsin;
7.1-ci bənddən ", 4.8-ci" sözləri çıxarılsın;
aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:
"7.1-1. Bu Qaydanın 4.8-ci bəndinin tələbi bu Qaydanın qüvvəyə mindiyi tarixdən sonra verilmiş, habelə bu Qayda qüvvəyə mindiyi tarixə qədər verilmiş, lakin Qayda qüvvəyə mindiyi tarixdən sonra restrukturizasiya edilməsi nəticəsində ümumi müddəti (restrukturizasiyaya qədər və restrukturizasiyadan sonrakı müddəti) 5 (beş) il və ondan artıq olan istehlak kreditlərinə şamil edilir.".
"Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nın təsdiq edilməsi barədə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?