Mərkəzi Bank: BOKT-lərin maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır

Mərkəzi Bank: BOKT-lərin maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadırAzərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.0% təşkil etmişdir. Qeyd edək ki, BOKT-lərin təhlili "Aqrarkredit" QSC nəzərə alınmadan aparılmır.
2022-ci il ərzində 4 bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilmiş, beləliklə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 95-ə enmişdir.
Mərkəzi Bank: BOKT-lərin maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadırHal-hazırda fəaliyyətdə olan bank olmayan kredit təşkilatlarından 14-ü xarici kapitallıdır ki, onların da 11-ində xarici kapitalın payı 50%-dən yüksəkdir.
2022-ci ilin ilin sonuna BOKT-lərin sayı 55, Kİ-nın sayı isə 40 olmuşdur. İl ərzində BOKT işçilərinin sayı 296 nəfər artaraq 2859 nəfər, filiallarının sayı isə 21 ədəd artaraq 287-ə çatmışdır. Hesabat dövrü ərzində heç bir quruma yeni lisenziya verilməmişdir.
2022-ci il ərzində BOKT sektorunun balansı genişlənmişdir. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 33% (127 mln. manat) artaraq 516 mln. manat təşkil etmişdir. Artımın əsas drayveri xalis kredit portfeli olmuşdur. İl ərzində xalis kredit portfeli 37% (108 mln. manat) artmışdır ki, artım əsasən istehlak kreditləri hesabına formalaşmışdır (62 mln.manat).
Mərkəzi Bank: BOKT-lərin maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadırAktivlərin artımı BOKT-lərin maliyyə sistemi qarşısında öhdəliklərinin artımı hesabına dəstəklənmişdir. BOKT-lərin cəmi öhdəlikləri il ərzində 37% (82 mln. manat) artaraq 306 mln. manat təşkil etmişdir ki, artım əsasən bank və digər maliyyə institutlarının kreditləri (35 mln. manat), habelə qiymətli kağızlar (18 mln. manat) hesabına formalaşmışdır.
2022-ci ildə də istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam etmişdir. İl ərzində kredit portfeli 32% (107 mln. manat) artaraq 440 mln. manat olmuşdur. İstehlak kreditləri üzrə illik artım 31%, biznes portfeli üzrə isə 34% olmuşdur. 2022-ci ilin sonuna BOKT-lərin kredit portfelinin 60%-i (264 mln. manat) istehlak kreditləri, 40%-i (176 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 22%-i (51 mln. manat) kənd təsərrüfatı, 18%-i (41 mln. manat) qeyri-istehsal və xidmət sahələrinin, 17%-i (39 mln. manat) isə ticarət sahəsinə verilmiş kreditlər təşkil edir. Kredit portfelinin keyfiyyəti portfelin artımı fonunda yaxşılaşmışdır.
2022-ci ildə sektorun qeyri-işlək kredit portfeli 5.3% azalaraq 66.5 mln. manat təşkil etmişdir. İl ərzində QİK əmsalı isə 6 f.b. azalaraq 15% olmuşdur. QİK portfeli həm istehlak kreditləri, həm də biznes kreditləri üzrə azalmışdır. BOKT sektorunda təmərküzləşmə əlamətləri müşahidə olunur. Sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 15 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların aktivləri BOKT sektorunun 74%-i (383 mln. manat) təşkil edir. Əlavə olaraq, sektor üzrə regional təmərküzləşmə də nəzərəçarpandır. Sektor üzrə verilən kreditlərin 59%-i Bakı şəhəri üzrə təmərküzləşib.

Banklar     Tarix: 15 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri kicik biznes bitkoin qiymeti