Mərkəzi Bank nağd pulla bağlı operator bankı açıqladı
Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilib və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilib.
Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən "ABB" ASC-də operator bank müəyyən edilib. Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyun 2023-cü il tarixli qərarına əsasən "Kapital Bank" ASC operator bank olaraq seçilib.
Qeyd edək ki, hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcək.

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dropshipping nədir?
Biznes plan necə yazılır?