Mərkəzi Bank: "Naxçıvanbank"ın öhdəlikləri bank sektoru üçün heç bir təhdid yaratmır
"Naxçıvanbank" ASC-nin müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə "Naxçıvanbank" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilmə formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, "Naxçıvanbank"ın BOKT-yə çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarıdır. Son hesabat tarixinə "Naxçıvanbank" ASC-nin maliyyə dayanıqlığı ilə bağlı çətinliyi mövcud deyil, aktivləri bütün fiziki və hüquqi şəxs olan əmanətçiləri və digər kreditorları qarşısındakı öhdəliklərini tam icra etməyə imkan verir. 31.05.2024-cü il tarixinə "Naxçıvanbank"ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.24%, kredit portfelində 0.04%, sektorun öhdəliklərində isə 0.003% təşkil edir.
""Naxçıvanbank" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin bank tərəfindən Qaydalara müvafiq olaraq qəbul edilmiş plan əsasında yaxın müddətdə icrası nəzərdə tutulur. Beləliklə, "Naxçıvanbank" ASC-nin yenidən təşkil edilərək BOKT-a çevrilməsi bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır", – AMB-nin açıqlamasında əlavə edilib. / banker.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi