Mərkəzi Bank növbəti ildə faizlərə toxunmaya biləcəyinə işarə edir

Mərkəzi Bank növbəti ildə faizlərə toxunmaya biləcəyinə işarə edirAzərbaycanda ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılmış, uçot dərəcəsi 7.25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilmişdir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
Hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.
AMB-nin bəyanatında qeyd edilir ki, 2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcəkdir.
O da bildirilir ki, banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir.
"Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaqdır"- deyə, Mərkəzi Bankdan bildirilir.
Qeyd edək ki, 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq. Fevral, may, avqust və noyabrda qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.
2025-ci ildə illik inflyasiya əsasən hədəf diapazonunda (4±2%) qalaraq noyabrda 5.5% olmuşdur. 2026-cı ildə Mərkəzi Bank inflyasiyanı hədəf diapazonunda saxlamağı planlaşdırır və proqnozlara görə illik inflyasiya 5.7% səviyyəsində gözlənilir.
Mərkəzi Bank növbəti ildə faizlərə toxunmaya biləcəyinə işarə edir

Banklar     Tarix: 25 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri