Mərkəzi Bank ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Mərkəzi Bank ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcəkAzərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklarda ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı məcburi standartlar tətbiq edəcək.
Bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB PCI DSS standartını (Payment Card Industry Data Security Standard) bütün banklar və ödəniş təşkilatları üçün tətbiq etməyi planlaşdırır: "Ödəniş sahəsində PCI DSS adlı beynəlxalq təhlükəsizlik standartı mövcuddur. Gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırmanın təkcə prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinqi olmayan banklar üçün də hər il məcburi şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni yanaşmanın ödəniş təşkilatlarına da tətbiq olunması planlaşdırılır. Məqsəd maliyyə sektorunda təhlükəsizlik və etibarlılığı daha da artırmaqdır"
AMB rəsmisi qeyd edib ki, məlumatların keyfiyyəti və təmizliyinin təmin edilməsi istiqamətində də işlər aparılır: "Məsələn, KYC və digər sistemlərdə daxil olan məlumatlar digər məlumatlarla uyğun gəlmədikdə, düzgün məlumat müvafiq platformalardan götürülərək dəqiqləşdirilir və səhv məlumat göndərən tərəfə bu barədə dərhal bildiriş göndərilir. Bununla da sektor üzrə məlumatların dəqiqliyinin və təmizliyinin təmin edilməsi hədəflənir". / banker.az

Banklar     Tarix: 03 iyun 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri