Mərkəzi Bank onlayn lisenziya verəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları elektron platforma üzərindən – onlayn şəkildə verməyi planlaşdırır.
Bunu qurumun şöbə rəisi Ramil Mahmudov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar" adlı dəyirmi masada bildirib.
"Bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Bunlardan biri də lisenziyaların elektron verilməsi üçün platformadır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarda əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq", – deyə o qeyd edib.
R.Mahmudov əlavə edib ki, hazırda AMB-nin elektron müraciət sistemi fəaliyyət göstərir: "İstənilən sahibkar quruma müraciət edib rəsmi şəkildə cavab ala bilər". / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?