Mərkəzi Bank "pul soran" maşının tempini zəiflədir – Gəlirlilik 1 ay üçün 7%-ə çatıb

Mərkəzi Bank 11 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər biri 45 milyon manat həcmində 28 gün qısamüddətli (AZ205702470) və 84 gün müddətli (AZ2058024707) notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az-a bu barədə BFB-dən xəbər verirlir.
Bu həftə cəmi 90 mln. manat cəcmində notlardan vəsait cəlb edib. Məsələn, 2022-ci ilin son rübündə hər həftəyə 120 mln. manat cəlb edirdi. Bununla Mərkəzi Bank "pul soran maşın" funksiyasında olan bu açıq bazar əməliyatlarını azaltmış oldu.
Mərkəzi bankın notları hazırda 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. O, bununla iqtisadiyyatda mövcud olan pulu azaldaraq inflyasiyaya əlavə təsiri azaltmağa çalışır.
Bu günün nəticələri:
28 günlük notlar. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9939.6992 (7.8%) manat və 9957.4100 (5.5%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,560,000 manat olmuşdur. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9947.3894 (6.8%) manat, orta ölçülmüş qiyməti isə 9951.0768 (6.32%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 08.02.2023-cü ildir.
84 günlük. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9816.754 (8%) manat və 9859.67 (6.1%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53,260,000 manat olmuşdur. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9823.5044 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9830.6616 (7.38%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 05.04.2023-cü ildir.
 Gəlirlilik kəskin yüksəlib
Mərkəzi Bank 2022-ci ilin 1 sentyabr tarixindən faiz dərəcəsinin parametrlərində dəyişiklik etməklə faizlərin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi. Lakin sonrakı iki iclasın hər birində aşağı həddini 25 baza bəndi artırmaqla yenidən 6.25%-ə çatdırdı. Requlyatorun buna qədər məqsədi sterilizasiyanı genişləndirmək üçün atdığı ilkin addım idi.
İndi yuxarıda göründüyü kimi 1 aylıq (28 günlük) notların kəsmə gəlirliliyi 6.8%-dir. Bu da 2019-cu ilin aprelindən bu tərəfə ən yüksək göstəricidir. Həmin dövrdə uçot faiz dərəcəsi cəmi 7.5% idi. 3 aylıq, yaxud 84 günlük notlar üzrə kəsmə qiymət bugünkü hərracda kəsmə gəlirlilik 7.7% təşkil edib.
Mərkəzi Bank Mərkəzi Bank Mərkəzi Bank ötən ilin son rübündə BFB-dəki hərracın qaydasını da dəyişib. İndi hərracda bir bank tərəfindən 2 rəqabətli sifariş təqdim edilə bilər. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar Təklif+0 rejimində həyata keçirilir.

Banklar     Tarix: 11 yanvar 2023

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind


iqtisadi xeberler en son xeberler bitcoin qiymeti bank faizleri dollar məzənnəsi