Mərkəzi Bank sığorta şirkətlərinə icbari avtosığorta ilə bağlı 10 gün müddət verib
Azərbaycan Mərkəzi Bankının (AMB) avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətləri qarşısında yeni tələb qoyub.
Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər"də dəyişikliklər edilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Dəyişikliyə əsasən, sığorta şirkətləri icbari avtosığortanın həyata keçirilməsinə icazə verilməsi üçün sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə bağlanması imkanına malik olmalıdır. Yəni, bununla bağlı texniki tələbləri yerinə yetirməlidir. Qərara əsasən, tələblərin yerinə yetirilməsi üçün sığorta şirkətlərinə 10 gün müddət verilib.
Qeyd edək ki, indiyə qədər sığorta şirkətlərinin rəsmi səhifələrindən avtomobillərin icbari sığorta müqaviləsini əldə etməklə bağlı çətinliklər hökm sürürdü. Əksər hallarda sığorta şirkətləri rəsmi səhifələri vasitəsilə onlayn qaydada avtomobillərin icbari sığortasından yayınırdı.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Fond birjası nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes qurmaq istəyənlərə 10 məsləhət