Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi qaydalarını dəyişib

Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi qaydalarını dəyişibAzərbaycanda bankların sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları, eləcə də bank kapitalının və kapital adekvatlığının hesablanması qaydaları dəyişdirilib.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi zamanı istifadə olunan bəzi indikatorların hesablanma yanaşmalarını yeniləyib və qiymətləndirmə prosesini banklara risk əsaslı nəzarət tsikli ilə əlaqələndirib.
Dəyişikliklərə əsasən, "Maliyyə institutlarında yerləşdirilən aktivlər" indikatorunun hesablanması zamanı bankların tənzimləyici qurumda yerləşdirdiyi aktivlər nəzərə alınmayacaq. "Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar" indikatoru üzrə isə AZİPS sistemi vasitəsilə yalnız müştəri köçürmələri və banklararası ödəniş əməliyyatları hesablamaya daxil ediləcək.
Bundan sonra sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-dək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiqlənəcək.
Bank kapitalının adekvatlığı qaydalarında da yeni yanaşma müəyyən edilib. Sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticəsində bank ilk dəfə sistem əhəmiyyətli bankların siyahısına daxil edilərsə və ya artıq siyahıda olan bank daha yüksək sistem əhəmiyyətlilik qrupuna keçirilərsə, onun üçün artırılmış "sistem əhəmiyyətli bank kapital buferi" tələbi siyahının təsdiqləndiyi ildən sonrakı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Əksinə, bankın sistem əhəmiyyətli banklar siyahısından çıxarılması və ya daha aşağı sistem əhəmiyyətlilik qrupuna keçirilməsi yalnız ardıcıl iki il üzrə aparılan hesablamalarla təsdiqləndikdən sonra mümkün olacaq. Bu halda azaldılmış kapital buferi tələbi sistem əhəmiyyətli bankların yeni siyahısının təsdiqindən dərhal sonra tətbiq ediləcək.
Mərkəzi Bank bildirir ki, dəyişikliklər hazırlanarkən bir sıra Avropa ölkələrinin təcrübəsi və digər beynəlxalq yanaşmalar nəzərə alınıb. Yeni qaydaların məqsədi sistem əhəmiyyətli bankların qiymətləndirilməsində daha dəqiq və effektiv yanaşmaların tətbiqidir.

Banklar     Tarix: 04 sentyabr 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq