Mərkəzi Bank tərəfindən maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksi təsdiqlənib
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən "Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi" qəbul edilib.
Banker.az-ın məlumatına görə, kodeks maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.
Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara, qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət anlayışını gücləndirir.
Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına xidmət edir.
Kodeksi nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?