Mərkəzi Bankda Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı arasında prioritet layihələr müzakirə edilib.
Bu barədə AMB-dən bilirilib.
Məlumata görə, qurumun sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkəmizdəki son iqtisadi inkişaf meyilləri və maliyyə sektorunun vəziyyəti müzakirə olunub, Dünya Bankının Azərbaycandakı fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri, qurumun ölkə üzrə yeni Tərəfdaşlıq Çərçivəsinə daxil edilməsi üçün prioritet layihələr üzrə fikir mübadiləsi aparılıb. / banker.az
500 000 AZN-dək nağd pul elə indi əlçatandır
Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi