Mərkəzi Bankdan Məcburi ehtiyat normaları ilə bağlı yeni QƏRAR

Mərkəzi Bankdan Məcburi ehtiyat normaları ilə bağlı yeni QƏRARBank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşmişdir.
Qeyd edilib ki, aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılmışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər edilmişdir.
Qaydalara dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində () yerləşdirilmişdir.
İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə yeni diferensiallaşdırma meyarlarına uyğun olaraq məcburi ehtiyat normaları Cədvəl 1-də olduğu kimi müəyyən edilmişdir.
Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər.
Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.
XXX
Məcburi ehtiyatlar - əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir.
Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 5%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 5%-ni, yəni 50 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 950 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını qaldırdığı təqdirdə kommersiya bankı cəlb etdiyi əmanətin daha az hissəsini kredit kimi verə bilir.
Məcburi ehtiyatlar depozitlərin valyutasında (manat və xarici valyuta) Mərkəzi Bankda bankın müvafiq müxbir hesablarında saxlanılır. Mərkəzi bank bu ehtiyatların saxlanılması üçün faiz ödəmir. 
"Məcburi ehtiyat normaları" qaydasına əsasən, AMB kommersiya banklarını onların resurslarının müəyyən faizini mərkəzi bankın hesabında "dondurulmuş" vəziyyətdə saxlamağa məcbur edir. Banklar bu vəsaitlərdən kredit kimi istifadə edə bilmir. Deməli, mərkəzi bank məcburi ehtiyat normasını yüksəltdikdə bank kreditləri və pul kütləsi azalır, bankların borcları üzrə faizlər yüksəlir. Bu məcburi normanın azaldılması isə banklara əlavə likvidlik verməklə kreditlərin və pul kütləsinin genişlənməsinə, bazar faizinin aşağı düşməsinə gətirib çıxarır.
Məcburi ehtiyat normaları artırılan zaman bankların kredit faizi dərəcələrində artım müşahidə olunur.
Əlaqəli depozitlər – aşağıdakı qrupların birinə aid olan bank depozitləri (həmin depozitlər bir neçə qrupa aid edildikdə ümumi məbləği ən yüksək olan qrup nəzərə alınır):
- hüquqi şəxsin və onda nəzarət zərfinə malik hüquqi və ya fiziki şəxslərin depozitləri;
- nəzarət zərfi bankın depozitoru olmayan eyni şəxsə məxsus iki və daha çox hüquqi şəxsin depozitləri;
- hər hansı depozitorun bankda krediti olduqda onun və həmin kredit üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxsin (məsələn, zamin) depozitləri;
- bankda kreditləri üzrə eyni təminatı təqdim edən iki və ya daha çox şəxsin depozitləri;
- nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin depozitləri və onların işçilərinə aid əmək haqqı hesabları;
- Dövlətə məxsus hüquqi şəxslər istisna olmaqla digər hüquqi şəxslərin depozitləri və onların işçilərinə aid əmək haqqı hesabları;
Mərkəzi Bankdan Məcburi ehtiyat normaları ilə bağlı yeni QƏRARMərkəzi Bankdan Məcburi ehtiyat normaları ilə bağlı yeni QƏRAR/ marja.az

Banklar     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri birbank biznes krediti