Mərkəzi Bankın baş direktoru kredit faizlərinin azalacağına ümid edir
Azərbaycanda kredit faizlərinin azalacağına ümid edirik.
Bunu AMB-nin baş direktoru Torğul Əliyev deyib.
O bildirib ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin faizlərə transmissiyası baxımından banklararası pul bazarının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir: "Banklararası pul bazarının inkişafı nəticəsində ölkədə uçot dərəcəsinin transmissiyanın effektivliyinin artırılması istiqamətində digər amillər də nəzərə alınmaqla, məsələn, problemli kreditlərin həlli ilə bağlı müddətlər baxımından, mikro, kiçik və orta biznes subyektlərində olan çətinlikləri, onların maliyyə, korporativ idarəetmə ilə bağlı çətinlikləri həlli nəticəsində faizlərin azalma istiqamətdə dəyişəcəyinə ümid edirik. Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində kredit faizlərini diqqət mərkəzində saxlayır".
Mərkəzi Bankın baş direktoru əlavə edib ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası ilə birgə aparılan layihələr çərçivəsində infrastruktur, hüquqi məhdudiyyətlər və digər məsələlərin həll edilməsi daim diqqət mərkəzində saxlanılır. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?
İKEA şirkətinin tarixi
Amazonda satış etmək üçün bilməli olduqlarınız