Mərkəzi Bankın valyuta ehtiyatları son 16 ayın maksimumuna yüksəlib

Mərkəzi Bankın valyuta ehtiyatları son 16 ayın maksimumuna yüksəlibAzərbaycan Mərkəzi Bankı xarici valyuta ehtiyatlarını 2026-cı ilin fevralında 50.6 milyon ABŞ dolları və ya 0.44% artırıb. Bu da son 16 ayın ən yüksək səviyyəsinə yaxındır.
Banker.az xəbər verir ki, 28 fevral 2026-cı il tarixinə ehtiyatlar 11 milyard 614 milyon dollar olub. Bu da son
Bununla belə, AMB 2024-cü ilin IV rübündə "əritdiyi" ehtiyatların yalnız 78.3 faizini bərpa edə bilib. Həmin vaxt üç aya ardıcıl ümumilikdə 836.3 milyon dollar azalmışdı. AMB isə valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində "xüsusi satış" həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı. Xatırlatma ilə bildirə bilərik ki, 2024-cü ilin sentyabrın sonunda xarici valyuta ehtiyatları 11 milyard 796 milyon dollar idi.
AMB-nin 4 fevral faiz iclasında bildirilib ki, valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib.
2026-cı ilin yanvarında banklar əhaliyə nağd 135.6 milyon ABŞ dolları satdığı halda, onlardan cəmi 124.9 milyon dollar alıblar.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qaldığı bildirilir. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib.
Mərkəzi Bankın valyuta ehtiyatları son 16 ayın maksimumuna yüksəlibMərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
Bu arada digər vacib məqam isə, Azərbaycanın ixrac payında əsas yükə sahib olan neft və qaz qiymətlərində geosiyasi risklər fonunda müvafiq olaraq 10% və 50% artımlar qeydə alınıb.  Brentin hazırda bir bareli 80 dollar, Avropada isə təbii qazın hər 1000 kub-m təqribən 500 dollar üzərindədir. Bu Azərbaycan hökumətinin hər iki göstərici üzrə proqnozlarından xeyli yuxarıdır.
Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 dollar olacağını gözləyir. Təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 dollar dəyərində proqnozlaşdırıldığını deyib.
Mərkəzi Bankın valyuta ehtiyatları son 16 ayın maksimumuna yüksəlib

Banklar     Tarix: 04 mart 2026

Oxşar xəbərlər

PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib

PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) iştirak edib və "Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması" mövzusund

Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limit

Rusiya fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan (20 min manat) artıq nağd Rusiya valyutası aparmasına məhdudiyyət tətbiq edib. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələri, Tacikistanı və Özbəkistanı da əhat

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

DSMF əməkhaqqı və ödənişlər üçün 55 milyon manatlıq bank xidməti alacaq

DSMF bank xidmətləri üçün 55 milyon manatlıq tender elan edib. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) əməkhaqqı və digər ödənişlərin nağdsız həyata keçirilməsi üçün bank xidmətlərinin satın alınması ilə bağl

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində

İkinci kart almaq istəyənlərə PİS XƏBƏR: Bank kartları ilə bağlı yeni məhdudiyyət – ikinci kart verilməyəcək

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. Məlumata görə, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlar

Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb

Bank Olmayan Kredit Təşkilatı "Azəri Star Mikromaliyyə" MMC-nin nizamnamə kapitalı artırılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadə

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığın


iqtisadi xeberler kripto avtomobil xeberleri biznes xeberleri bitcoin qiymeti