Mərkəzi Bankın yeni rəhbərliyinə əməkhaqqı ödənişlərinin həcmi ₼2.55 mln.-u keçib – 79% artım
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri və onun üzvlərinə ümumilikdə 2 milyon 552 min manat həcmində ödənişlər edilib.
Bu barədə Banker.az AMB-nin illik audit hesabatına istinadən xəbər verir.
Bu da 2021-ci illə müqayisədə 1 mln. 128 min manat və ya 79% artımdır.
AMB-nin İdarə Heyətinə 2021-ci ildə 1 mln. 424 min manat əməkhaqqı və sosial fondlara ayırmalar edilib.
İdarə Heyəti ötən il ərzində 2 mln. 63 min manatı əməkhaqqı təşkil edib. 2021-ci ildə bu rəqəm 1 mln. 146 min manat idi.
Qeyd edək ki, 12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?
İKEA şirkətinin tarixi
Amazonda satış etmək üçün bilməli olduqlarınız