"Meta" biometrik məlumatların qanunsuz toplanmasına görə $1.4 mlrd. ödəyəcək
Texas ştatının hakimiyyət orqanları "Meta" ilə müqavilə imzaladığını elan edib. Bu müqaviləyə əsasən, şirkət 2022-ci ilin fevralında ona qarşı qaldırılan iddianı həll etmək üçün dövlətə 1.4 milyard dollar ödəyəcək. Məbləğ beş il ərzində ödəniləcək.
Prokuror Ken Pakston "Meta"nı Texas ştatından olan "Facebook" istifadəçilərinin biometrik məlumatlarını insanların sosial şəbəkəyə yüklədiyi foto və videolardan götürüb özündə saxlamaqda ittiham edib.
Prokuror vurğulayır ki, şirkət bunu Texas ştatında şirkətlərə yerli sakinlərin biometrik məlumatlarını onların razılığı olmadan toplamasını və saxlamasını qadağan edən qanunun olduğunu bilərək edib.
2021-ci ildə "Meta" İllinoys ştatının oxşar iddiası üçün 650 milyon dollar ödəməyə razı olub. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
CV hazırlayarkən buraxılan 5 səhv
ZARA-nın uğur hekayəsi