Milyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladı

Milyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladı"Unibank Kommersiya Bankı" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 21 milyon 907 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 577 min manat xalis zərər ilə bağlamışdı. Bankın xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır. 
Marja.az xəbər verir ki, "Unibank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37 milyon 407 min manat və ya 31,8% artaraq 154 milyon 866 min manat, qeyri-faiz gəlirləri isə 32 milyon 404 min manat və ya 71,4% artaraq 77 milyon 785 min manat təşkil edib. Bankın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri, aınan haqq və kommisiya gəliri,xarici valyutadan gəliri daha çox artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin 9 ayında "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 232 milyon 651 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 183 milyon 570 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 49 milyon 81 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 27 milyon 173 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin  9 ayında "Unibank"ın əməliyyat mənfəəti 15 milyon 692 min manat təşkil etmişdi və ehtiyata 16 milyon 270 min manat ayırmışdı. Beləliklə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Unibank"ın əməliyyat mənfəəti 3,1 dəfə artıb.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI AŞIB
"Unibank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 87 milyon 168 min manat və ya 6% artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 527 milyon 811 min manat təşkil edib.Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 157 milyon 235 min manat və ya 17,7% artaraq 1 milyard 46 milyon 828 min manata çatıb. O cümlədən Bankın istehlak kreditləri portfeli 93 milyon 607 min manat artaraq 64 milyon 813 min manata, biznes kreditləri portfeli 48 milyon 403 min manat artaraq 322 milyon 728 min manata, ipoteka kreditləri portfeli isə 15 milyon 225 min manat və ya 22,4% artaraq 83 milyon 287 min manata yüksəlib.
DEPOZİT PORTFELİ 1,1 MİLYARD MANATI KEÇİB
"Unibank" depozitlər 2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə 134 milyon 460  min manat və ya 13,6% artaraq 1 milyard 124 milyon 204 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 107 milyon 121 min manat vəya 13,9% artaraq 878 milyon 477 min manata manata, hüquqi şəxslərin depozitləri isə 27 milyon 339 min manat və ya 12,5% artaraq 245 milyon 726 min manata manata çatıb.
MƏCMU KAPİTALIARTIB
30 Sentyabr 2023-cü il tarixində  "Unibank"  151 milyon 903 milyon məcmu kapitala malik olub. 2022-ci ilin sonunda Bankın məcmu kapitalı 127 milyon 609 min manat təşkil etmişdi. Beləliklə, 9 ay ərzində Unibankın məcmu kapitalı 24 milyon 294 min manat artıb.
Dünən Unibank bildirib ki, hazırda bankın rəqəmsal kanallarından istifadə edən müştərilərin sayı 1 000 000 nəfəri ötüb. 
Milyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladıMilyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladıMilyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladıMilyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladı

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri