Minlərlə insan əmlakına dəymiş ziyanı "Atəşgah" Sığortadan alıb
"Atəşgah" Sığorta Şirkəti 2023-cü ilin yanvar - avqust ayları ərzində əmlak sığortası üzrə 196 min manat ödəniş edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, artıq minlərlə insan Daşınmaz Əmlak Sığortası ilə öz əmlakına bədbəxt hadisələr nəticəsində dəymiş zərərin maddi ziyanının təmin edilməsinə nail olub.
Belə ki, "Atəşgah" Sığorta Şirkəti cari ilin yanvar-avqust ayları ərzində Daşınmaz Əmlak Sığortası üzrə 196 min manat həcmində sığorta ödənişi edib.
Qeyd edilib ki, 89 min 412 manat – yanğın və partlayış, 78 min 595 manat təbii fəlakət, 26 min 610 manat su sızması və 1383 manat kanalizasiya borularında yaranmış nasazlıqla bağlı əmlaklara dəymiş zərərin ödənilməsi üçün ayrılıb.
Əmlak sığortası əldə etməklə siz müxtəlif qəza halları nəticəsində əmlakınıza dəymiş maddi ziyanın mühüm hissəsindən azad ola bilərsiniz.
Daşınmaz Əmlak Sığortası ilə bağlı ətraflı məlumat üçün aşağıdakı linkə keçin edin:
Qaynar xətt: 940 / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
SWIFT nədir?
Necə Bitcoin almaq olar?