Mir Camal Paşayev: "2006-cı ildə hekayəmiz "PAŞA Sığorta"nın təsis edilməsi ilə başladı

Mir Camal Paşayev: "2006-cı ildə hekayəmiz "PAŞA Sığorta"nın təsis edilməsi ilə başladı".
Bunu "PAŞA Holding"in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Belə ki, 2006-cı ildə təsis olunan "PAŞA Sığorta" bu gün fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Şirkət bu dövr ərzində Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri kimi mövqeyini davamlı olaraq gücləndirib və müştərilər üçün etibarlı, dayanıqlı sığorta mühitinin formalaşmasına nail olub.
Son 20 il ərzində "PAŞA Sığorta" korporativ və fərdi müştərilər daxil olmaqla ümumilikdə 3 milyona yaxın müştəriyə xidmət göstərib. Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdi müştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.
Fəaliyyət dövrü ərzində "PAŞA Sığorta" minlərlə müştərinin həyatına müsbət təsir göstərib, onların ən çətin və həssas anlarında maliyyə təhlükəsizliyinin təmin olunması istiqamətində etibarlı tərəfdaş kimi çıxış edib.
"20 il ərzində "PAŞA Sığorta"nın inkişaf strategiyasının əsasını müştəri yönümlülük prinsipi təşkil edib. Biz daim müştərilərimizin ehtiyaclarını daha yaxşı anlamağa və onlara etibarlı, yüksək keyfiyyətli xidmət təqdim etməyə çalışmışıq. Bu gün həyata keçirdiyimiz rəqəmsal transformasiya təşəbbüsləri, süni intellekt və data əsaslı yanaşmalar, eləcə də Insurtech həllərinin tətbiqi sayəsində sığorta xidmətlərini daha sürətli, daha əlçatan və effektiv formata gətiririk. Məqsədimiz texnologiya və innovasiyanın imkanlarından istifadə edərək müştərilərimiz üçün daha yüksək dəyər yaratmaq və onların etimadını uzunmüddətli tərəfdaşlıqla doğrultmaqdır", – deyə "PAŞA Sığorta"nın baş icraçı direktoru Niyaz İsmayılov bildirib.
Bu gün "PAŞA Holding"ə daxil olan "PAŞA Sığorta" 700 minə yaxın korporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "AM Best" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini isə "B++", proqnozu isə "Sabit" səviyyəsində təsdiqləyib.
Yarandığı ilk gündən "PAŞA Sığorta" cəmiyyətin rifahı üçün bir çox sosial layihələr həyata keçirir. Uşaqların təhsili, ölkə idmanına dəstək, sağlamlıq təşəbbüsləri və mədəni irsin qorunması istiqamətində layihələr şirkətin sosial missiyasının əsasını təşkil edir. Bununla yanaşı, "PAŞA Sığorta" ölkə və qlobal gündəmdə baş verən proseslərə uyğun olaraq sosial fəaliyyətini daim aktual və prioritet mövzulara uyğunlaşdırması ilə də fərqlənir. Pandemiya dövründə səhiyyə işçilərinə dəstəyin göstərilməsi, Kubadan peşəkar həkimlərin ölkəmizə cəlb edilməsi, Vətən müharibəsindən təsirlənən ailələr və uşaqlar üçün psixoloji və sosial proqramların həyata keçirilməsi bu mövqeyin bariz nümunələrindəndir. / marja.az

Banklar     Tarix: 16 mart 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri leobank kart valyuta mezennesi