"Moody’s" agentliyi "Bank Respublika" üçün yeni reytinqini açıqlayıb

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" "Bank Respublika" ASC-nin uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini "Ba3" səviyyəsində təsdiqləyib və bu reytinqlər üzrə proqnozu "stabil" saxlayıb.
Banker.az xəbər verir ki, bu barədə həftənin cümə axşamı yayımlanan press-relizində bildirilir.
Reytinq agentliyi eyni zamanda bankın Baza Kredit Qiymətləndirməsini (BCA) və Düzəliş Edilmiş BCA-sını "b1", uzunmüddətli yerli və xarici valyutada Kontragent Risk Reytinqlərini (CRR) "Ba2", uzunmüddətli Kontragent Risk Qiymətləndirməsini isə "Ba2"(cr) səviyyəsində təsdiqləyib.
"Moody"s" bildirib ki, bankın "b1" səviyyəli BCA reytinqinin təsdiqlənməsi onun maliyyə göstəricilərinin, xüsusilə aktiv keyfiyyəti və gəlirliliyinin davamlı olaraq güclü qalmasını əks etdirir.
"Bank Respublika"nın "b1" BCA reytinqi bankın möhkəm aktiv keyfiyyəti ilə dəstəklənir. Problemli kreditlərin payı 2025-ci ilin sonunda 1,5% təşkil edib, problemli kreditlər üzrə təminat səviyyəsi isə təxminən 109% olub"- deyə, qeyddə əlavə edilib.
Agentliyin qiymətləndirməsinə görə, bankın aktiv keyfiyyəti Azərbaycanda əlverişli fəaliyyət mühiti və mikrokreditlər, kiçik və orta biznes, eləcə də pərakəndə kreditlər arasında balanslaşdırılmış kredit portfeli hesabına dəstəklənməyə davam edəcək.
"Moody"s" həmçinin vurğulayıb ki, bankın gəlirliliyi onun əsas üstünlüklərindən biri olaraq qalır.
"Bank 2025-ci ildə rekord həcmdə – 61 milyon manat xalis mənfəət əldə edib (2024-cü il: 51 milyon manat) ki, bu da maddi aktivlər üzrə gəlirlilik göstəricisinin 2,3% olmasına gətirib çıxarıb. Növbəti 12-18 ay ərzində gəlirliliyin yüksək səviyyədə qalacağını gözləyirik, baxmayaraq ki, kredit xərclərinin normallaşması fonunda müəyyən zəifləmə mümkündür"- deyə, agentlik bildirir.
Reytinq agentliyi bankın kapital mövqeyinin də gücləndiyini qeyd edib. Məlumata görə, Maddi Adi Kapitalın (TCE) risklə ölçülmüş aktivlərə (RWA) nisbəti 2024-cü ilin sonundakı 9,6%-dən 2025-ci ilin sonunda 11,3%-ə yüksəlib. "Moody"s" növbəti 12-18 ay ərzində mənfəətin 20%-30%-i həcmində dividend ödənişlərinin davam edəcəyini, lakin bunun kapitalın daha da artmasına ciddi maneə yaratmayacağını gözləyir.
Bununla yanaşı, agentlik bankın maliyyələşmə və likvidlik göstəricilərini də qiymətləndirib. Bildirilib ki, 2025-ci ilin sonuna müştəri depozitləri bankın ümumi öhdəliklərinin təxminən 60%-ni təşkil edib. Topdansatış maliyyələşməsinin əsasən yerli banklar, beynəlxalq inkişaf institutları və xarici investisiya fondları hesabına formalaşdığı, bunun isə məhdud yenidən maliyyələşmə riski yaratdığı qeyd olunub.
"Bank Respublika"nın "Ba3" uzunmüddətli depozit reytinqi Azərbaycan hökumətindən dəstək ehtimalını nəzərə alan bir pilləlik yüksəlişi əks etdirir. Bu yanaşma bankın 2025-ci ilin sonuna sistem aktivlərində təxminən 5%-lik bazar payına malik olması ilə əlaqədardır"- "- deyə, vurğulanır.
"Moody"s" bildirib ki, uzunmüddətli depozit reytinqləri üzrə "stabil" proqnoz bankın qarşıdakı 12-18 ay ərzində sağlam fundamental göstəricilərini qoruyacağı gözləntisini əks etdirir.
Agentliyin məlumatına görə, kapital adekvatlığının və maliyyələşmə profilinin əhəmiyyətli dərəcədə yaxşılaşması və ya Azərbaycanda fəaliyyət mühitinin daha da güclənməsi bankın reytinqlərinin artırılmasına səbəb ola bilər. Əksinə, fəaliyyət mühitinin pisləşməsi nəticəsində aktiv keyfiyyəti, kapital adekvatlığı və ya likvidliyin əhəmiyyətli zəifləməsi, eləcə də Azərbaycanın suveren reytinqinin aşağı salınması bankın reytinqlərinə mənfi təsir göstərə bilər.

Banklar     Tarix: 24 iyul 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu