"Moody’s" agentliyi "Kapital Bank"ın reytinqlərini təsdiqlədi, proqnozu müsbət saxlayıb

"Moody"s Ratings" "Kapital Bank" ASC-nin uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini Ba2, bankın ba3 baza kredit qiymətləndirməsini (BCA) və düzəliş edilmiş BCA-sını, həmçinin digər qarşı tərəf riski reytinqlərini təsdiqləyib. Banker.az beynəlxalq reytinq agentliynin açıqlamasına istinadən xəbər verir.
Agentlik bankın uzunmüddətli depozit reytinqləri üzrə müsbət proqnozu da qüvvədə saxlayıb.
"Moody"s" qərarını bankın güclü aktiv keyfiyyəti, yüksək gəlirliliyi, bazar maliyyələşməsindən məhdud asılılığı olan sabit maliyyələşmə bazası və yüksək likvidliyi ilə əsaslandırıb.
Qeyd olunur ki, 2025-ci ilin sonuna bankın problemli kreditləri (IFRS 9 üzrə Mərhələ 3 kreditləri) ümumi kredit portfelinin təxminən 3,7%-ni təşkil edib, problemli kreditlər üzrə ehtiyatlarla təminat səviyyəsi isə 130% olub. Agentliyin qiymətləndirməsinə görə, "bankın aktiv keyfiyyətinin növbəti 12-18 ay ərzində əlverişli əməliyyat mühitinin dəstəyi ilə ümumilikdə sabit qalacağı gözlənilir."
"Moody"s" bildirib ki, "Kapital Bank" 2025-ci ildə 275 milyon manat konsolidə edilmiş xalis mənfəət əldə edib. Nəticədə maddi aktivlər üzrə gəlirlilik (ROTA) 2,3%-ə yüksəlib, bu göstərici 2024-cü ildə 2% idi. Xalis faiz marjası isə 7,7%-dən 8,1%-ə yüksəlib. Vurğulanır ki, "güclənən xalis faiz marjası və bankın genişlənən tranzaksiya biznesinin yaratdığı komissiya gəlirlərinin dəstəyi ilə gəlirliliyin növbəti 12-18 ay ərzində ümumilikdə sabit qalacağı gözlənilir."
Reytinq agentliyinin məlumatına görə, bankın maddi adi kapitalının (TCE) risklə ölçülmüş aktivlərə (RWA) nisbəti 2025-ci ilin sonunda 13,7%-dən 14,5%-ə yüksəlib. Bu artım əsasən yüksək mənfəətlilik və dividend ödənişi əmsalının azalması ilə əlaqələndirilib. 2025-ci ildə konsolidə edilmiş xalis mənfəət üzrə dividend ödənişi əmsalı 35%-ə enib, halbuki 2021-2024-cü illərdə orta göstərici 66% təşkil edib.
"Moody"s" həmçinin qeyd edib ki, 2025-ci ildə müştəri depozitləri 8% azalsa da, bankın kapital istisna olmaqla maliyyələşmə bazasının 80%-ni təşkil etməyə davam edib. Bankın əsas likvid aktivləri isə 2025-ci ilin sonuna maddi bank aktivlərinin 18%-dən çoxunu təşkil edib.
Agentlik bildirib ki, "Kapital Bank"ın Ba2 uzunmüddətli depozit reytinqi bankın ba3 BCA-sına və Azərbaycan hökumətindən yüksək dəstək ehtimalı qiymətləndirməsinə əsaslanır. Press-relizdə qeyd edilir ki, bu yanaşma bankın aktivlər üzrə ölkənin ikinci ən böyük bankı olması, kredit və müştəri depozitləri bazarında mühüm paya malik olması ilə əlaqədardır.
"Moody"s" uzunmüddətli depozit reytinqləri üzrə müsbət proqnozun həm Azərbaycanın suveren reytinqi üzrə müsbət proqnozu, həm də bankın kredit profilinin əlverişli əməliyyat mühitindən faydalanmağa davam edəcəyi gözləntisini əks etdirdiyini bildirib. Agentliyin qiymətləndirməsinə görə, Azərbaycanın suveren reytinqinin yüksəldilməsi növbəti 12-18 ay ərzində "Kapital Bank"ın depozit reytinqinin də yüksəldilməsinə səbəb ola bilər. Bununla yanaşı, gəlirlilik, kapital adekvatlığı və ya aktiv keyfiyyətində davamlı yaxşılaşma da reytinqlərin artırılmasını dəstəkləyə bilər. Əksinə, əməliyyat mühitinin əhəmiyyətli dərəcədə pisləşməsi və bunun bankın aktiv keyfiyyəti, gəlirliliyi və ya kapital adekvatlığını zəiflətməsi reytinqlərə mənfi təsir göstərə bilər.

Banklar     Tarix: 25 iyul 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu