"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır.
Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub.
Reytinq agentliyinin məlumatına görə, bu, Azərbaycanın Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələrinin olması, neft qiymətlərinin yüksəlməsi nəticəsində karbohidrogen gəlirlərinin təmin etdiyi dayanıqlıq, eləcə də manatın ABŞ dollarına bağlılığının təmin etdiyi sabitliklə əlaqədardır.
Ümumilikdə, "Moody"s" qeyd edir ki, Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatları geosiyasi hadisələrin yaratdığı dolayı risklərə inflyasiya vasitəsilə məruz qalır. Belə ki, enerji daşıyıcılarının, ərzağın və digər resursların bahalaşması pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrini və borclanma xərclərini yüksək səviyyədə saxlaya bilər.
Hesabatda bildirilir: "Kreditləşməsində fiziki şəxslərin, eləcə də kiçik və orta biznesin payı əhəmiyyətli olan banklar inflyasiya təzyiqinə xüsusilə həssasdır".
Moody"s, xüsusilə, inflyasiyanın hazırda yüksək olan səviyyələrdən daha da artacağı təqdirdə Qazaxıstanın bank sektorunun yüksək həssaslıq göstərəcəyini qeyd edir. Çünki bu, əhalinin alıcılıq qabiliyyətinin daha da azalmasına səbəb olacaq.
"Davam edən qiymət təzyiqləri və kreditlər üzrə yüksək faiz dərəcələri kreditlərə tələbi və borcalanların borclarını ödəmək imkanlarını məhdudlaşdıraraq bankların fəaliyyət şəraitinin yaxşılaşmasını ləngidir. Yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi Qırğızıstan banklarına da müəyyən təzyiq göstərə bilər. Burada iri və sürətlə böyüyən pərakəndə kredit portfelləri ev təsərrüfatlarının maliyyə vəziyyətindəki dəyişikliklərə həssaslığı artırır",-deyə "Moody"s" analitikləri bildirirlər.
Bundan əlavə, "Moody"s" hesab edir ki, regional geosiyasi risklərin artması və ya qlobal iqtisadiyyatın əhəmiyyətli dərəcədə zəifləməsi şəraitində Mərkəzi Asiya və Qafqaz ölkələrindən kapital axını milli valyutaları zəiflədə bilər. Hazırda belə bir ssenari gözlənilmir.
"Bu, inflyasiyanı gücləndirəcək və Mərkəzi Asiya və Qafqaz ölkələrində əhəmiyyətli valyuta risklərinə malik bankların borc yükünü artıracaq. Azərbaycan bankları bu riskə ən az məruz qalan banklardır. Çünki manat faktiki olaraq ABŞ dollarına bağlıdır və bu da iqtisadiyyatı və bank sistemini məzənnə dəyişkənliyindən qorumağa kömək edir",-deyə hesabatda bildirilir.
"Moody"s"in qiymətləndirməsinə görə, regionda ixracatçılar, xüsusilə neft və qaz istehsalçıları, milli valyutanın zəifləməsindən, ümumilikdə, faydalanırlar. Belə ki, xarici valyutada əldə olunan gəlirlər milli valyutada olan xərclərə qarşı təbii hedcinq rolunu oynayır.
Qazaxıstanda şirkətlər də nisbətən dayanıqlı vəziyyətdədir. Bir neçə valyuta şokundan sonra ixracyönümlü olmayan şirkətlər milli valyutada maliyyələşməyə keçməklə gəlirləri ilə borc öhdəlikləri arasındakı uyğunsuzluq riskini azaldıblar. Eyni zamanda, Özbəkistan şirkətləri valyuta risklərinə daha çox məruz qalır, çünki onların xarici valyutada olan borcları hələ də əhəmiyyətli həcmdədir. / banker.az

Banklar     Tarix: 11 sentyabr 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq