Moody’s "Bank Respublika"nın aktiv keyfiyyəti və gəlirliliyinin yüksək qalacağını gözləyir

Moody’s "Moody"s Ratings" qarşıdakı 12-18 ay ərzində "Bank Respublika" ASC-nin maliyyə göstəricilərinin güclü qalacağını gözləyir.
Banker.az reytinq agentliyinin proqnozuna istinadən xəbər verir ki, bankın aktiv keyfiyyəti Azərbaycanda əlverişli fəaliyyət mühiti və mikrokreditlər, kiçik və orta biznes, eləcə də pərakəndə kreditlər arasında balanslaşdırılmış kredit portfeli hesabına dəstəklənməyə davam edəcək. Agentlik 2025-ci ilin sonunda problemli kreditlərin payının 1,5%, bu kreditlər üzrə təminat səviyyəsinin isə təxminən 109% təşkil etdiyini bildirib.
Moody"s hesab edir ki, bankın gəlirliliyi növbəti 12-18 ay ərzində də yüksək səviyyədə qalacaq. Agentliyin qiymətləndirməsinə görə, kredit xərclərinin hazırkı olduqca aşağı səviyyədən tədricən normallaşması səbəbindən gəlirlilikdə müəyyən zəifləmə gözlənilsə də, bankın kiçik və orta biznes, mikromaliyyələşmə və pərakəndə seqmentlərə yönəlmiş strategiyası sağlam faiz marjası, eləcə də komissiya gəlirləri hesabına mənfəətliliyi dəstəkləyəcək.
Reytinq agentliyi bankın kapital adekvatlığının da güclənəcəyini gözləyir. Bildirilir ki, güclü daxili kapital yaradılması hesabına kapital göstəricilərinin artımı davam edəcək. Mənfəətin 20%-30%-i həcmində dividend ödənişlərinin davam edəcəyi gözləntilərinə baxmayaraq, bunun kapitalın daha da möhkəmlənməsinə ciddi maneə yaratmayacağı qeyd olunur.
Moody"s həmçinin bankın maliyyələşmə və likvidlik mövqeyinin adekvat qalacağını proqnozlaşdırır. Agentliyin məlumatına görə, topdansatış maliyyələşməsi əsasən yerli banklar, beynəlxalq inkişaf institutları və xarici investisiya fondları hesabına sabit və mülayim səviyyədə qalacaq, bu isə yenidən maliyyələşmə riskini məhdudlaşdıracaq. Eyni zamanda, bankın növbəti 12-18 ay ərzində kifayət qədər likvidlik ehtiyatlarını qoruyacağı gözlənilir.
Moody"s bildirir ki, kapital adekvatlığının və maliyyələşmə profilinin əhəmiyyətli dərəcədə yaxşılaşması və ya Azərbaycanda fəaliyyət mühitinin daha da güclənməsi bankın reytinqlərinin yüksəldilməsinə səbəb ola bilər. Əksinə, fəaliyyət mühitinin əhəmiyyətli dərəcədə pisləşməsi nəticəsində aktiv keyfiyyətinin, kapital adekvatlığının və ya likvidliyin zəifləməsi, eləcə də Azərbaycanın suveren reytinqinin aşağı salınması bankın reytinqlərinin endirilməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, "Moody"s Ratings" bu gün "Bank Respublika"nın uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini Ba3, Baza Kredit Qiymətləndirməsini (BCA) və Düzəliş Edilmiş BCA-sını b1, uzunmüddətli Kontragent Risk Reytinqlərini (CRR) Ba2, uzunmüddətli Kontragent Risk Qiymətləndirməsini Ba2(cr) səviyyəsində təsdiqləyib. Agentlik uzunmüddətli depozit reytinqləri üzrə proqnozu "stabil" saxlayıb.

Banklar     Tarix: 24 iyul 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə


iqtisadi xeberler telefonla pul qazanmaq dollarin kursu bu gun depozit faizleri 1000 manatla biznes