Moody’s "Bank Respublika"nın reytinqini "stabil" proqnozla "B2" səviyyəsinə yüksəltdi

Moody’s Bakı, 8 avqust 2023 – Moody"s Beynəlxalq Reytinq Agentliyi "Bank Respublika"nın reytinqlərinə yenidən baxdıqdan sonra yerli və xarici valyutada olan bank depozitlərinin uzunmüddətli reytinqlərinin sabit proqnozla B3-dən B2-yə yüksəldiyini açıqlayıb.
Moody"s-in analitikləri qeyd edirlər ki, Bankın kredit reytinqinin (BCA) b3-dən b2-yə yüksəldilməsi, nəzərdən keçirilən dövr ərzində "Bank Respublika"nın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması və gəlirliliyinin yüksəldilməsi istiqamətində uğurlu səylərini əks etdirir.
Agentliyinin hesabatında həmçinin qeyd olunur ki, reytinqlərin yüksəldilməsinə təsir edən mühüm amil bankın gəlirliliyinin yaxşılaşması olub. Belə ki, 2022-ci il ərzində Bank Respublika 24 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin göstəricisini 165% üstələyir. 2022-ci ildə xalis gəlirin maddi aktivlərə nisbəti 1,6% təşkil edib. Moody"s hesab edir ki, növbəti 12-18 ay ərzində Bank Respublika 2018-ci ildən bəri müsbət dinamikanın təsdiqi kimi sabit xalis gəlir əldə etməkdə davam edəcək.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları sırasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. / banker.az

Banklar     Tarix: 08 avqust 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes qurmaq depozit faizleri 1000 manatla biznes