Moody’s: Kapital Bank-ın maliyyə göstəricilərinin yaxın 12-18 ayda sabit qalacağı gözlənilir

Moody’s: Kapital Bank-ın maliyyə göstəricilərinin yaxın 12-18 ayda sabit qalacağı gözlənilir"Moody"s Ratings" hesab edir ki, "Kapital Bank" ASC-nin maliyyə göstəriciləri növbəti 12-18 ay ərzində ümumilikdə sabit qalacaq və bankın kredit profili əlverişli əməliyyat mühitinin dəstəyi ilə güclənməyə davam edəcək.
Banker.az xəbər verir ki, cümə axşamı açıqlanan press-relizdə bildirilib.
Reytinq agentliyinin qiymətləndirməsinə görə, bankın aktiv keyfiyyətinin yaxın 12-18 ayda əlverişli əməliyyat mühitinin təsiri ilə ümumilikdə sabit qalacağı gözlənilir. "Moody"s" qeyd edir ki, 2025-ci ilin sonuna problemli kreditlər ümumi kredit portfelinin təxminən 3,7%-ni təşkil edib, bu kreditlər üzrə ehtiyatlarla təminat səviyyəsi isə 130% olub.
Agentlik bankın gəlirliliyinin də sabit qalacağını proqnozlaşdırır. Bildirilir ki, maddi aktivlər üzrə gəlirliliyin (ROTA) 2% və ya daha yüksək səviyyədə qalacağı gözlənilir. Bu isə daha yüksək xalis faiz marjası və bankın genişlənən tranzaksiya biznesindən formalaşan komissiya gəlirləri ilə dəstəklənəcək.
"Moody"s" həmçinin hesab edir ki, risklə ölçülmüş aktivlərin (RWA) artım tempinin növbəti 12-18 ay ərzində təxminən 10-15% səviyyəsində olacağı gözlənilir. Agentliyin fikrincə, bu, kapital adekvatlığına təzyiqi azaldacaq və bankın kapital mövqeyini dəstəkləyəcək.
Bununla yanaşı, reytinq agentliyi uzunmüddətli depozit reytinqləri üzrə müsbət proqnozun həm Azərbaycanın suveren reytinqi üzrə müsbət proqnozu, həm də "Kapital Bank"ın kredit profilinin əlverişli əməliyyat mühitindən faydalanmağa davam edəcəyi gözləntisini əks etdirdiyini bildirib. Agentliyin qiymətləndirməsinə görə, bu mühit bank üçün daha geniş biznes imkanları yaradacaq və kredit göstəricilərinin daha da möhkəmlənməsini dəstəkləyəcək.
Qeyd edək ki, "Moody"s Ratings" bu gün "Kapital Bank"ın uzunmüddətli yerli və xarici valyutada bank depozit reytinqlərini Ba2, baza kredit qiymətləndirməsini (BCA) ba3, düzəliş edilmiş BCA-sını, uzunmüddətli yerli və xarici valyutada qarşı tərəf riski reytinqlərini Ba1, uzunmüddətli qarşı tərəf riski qiymətləndirməsini Ba1(cr) kimi təsdiqləyib. Uzunmüddətli depozit reytinqləri üzrə proqnoz isə müsbət saxlanılıb.

Banklar     Tarix: 24 iyul 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə


iqtisadi xeberler telefonla pul qazanmaq dollarin kursu bu gun depozit faizleri 1000 manatla biznes