Moody"s Ratings PAŞA Bank-a "Ba2" reytinqi verib, proqnozu "müsbət" olaraq müəyyən edib

MoodyBeynəlxalq reytinq agentliyi Moody"s Ratings PAŞA Bank-ın fəaliyyətini qiymətləndirərək Bankın uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini "Ba2" səviyyəsində və reytinq üzrə proqnozu isə "müsbət" olaraq müəyyən edib.
Agentliyin qiymətləndirməsinə əsasən, ölkənin ən böyük üç bankından biri olan PAŞA Bank kredit və depozit bazarında mühüm mövqeyə malikdir. Bankın "ba3" səviyyəli kredit dayanıqlığı (BCA) güclü kapital mövqeyi, adekvat gəlirlilik və yüksək likvidlik göstəriciləri ilə dəstəklənir.
Moody"s eyni zamanda Bankın gələcək perspektivləri ilə bağlı müsbət gözləntilərini qeyd edib. Kapitalın yüksək səviyyədə qorunması, güclü likvidlik göstəriciləri və sabit gəlirlilik növbəti 12–18 ay ərzində Bankın dayanıqlığını təmin edən əsas amillər kimi dəyərləndirilir.
PAŞA Bank-ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, Moody"s tərəfindən verilən qiymətləndirmə Bankın maliyyə dayanıqlığını və idarəetmə keyfiyyətini bir daha təsdiqləyir:
"Moody"s tərəfindən təsdiqlənmiş reytinqlər və təqdim edilən müsbət proqnoz maliyyə dayanıqlığımızın və inkişaf strategiyamızın beynəlxalq səviyyədə tanındığını göstərir. Bu qiymətləndirmə həm maliyyə göstəricilərimizi, həm də şəffaf, məsuliyyətli idarəetmə yanaşmamızı aydın şəkildə əks etdirir."
Moody"s-in açıqlamasında qeyd olunur ki, Bankın kapital adekvatlığı ölkə üzrə yüksək səviyyələrdən biridir və qarşdakı dövrdə də güclü qalacağı gözlənilir. Eyni zamanda, aktiv keyfiyyətində yaxşılaşma tendensiyası müşahidə olunur ki, bu da qeyri-neft sektorunun inkişafı fonunda borcalanların ödəmə qabiliyyətinin artması ilə dəstəklənir.
Likvidlik baxımından da Bank güclü mövqeyə malikdir – likvid aktivlər ümumi aktivlərin əhəmiyyətli hissəsini təşkil edir və maliyyələşmənin əsas hissəsi müştəri depozitləri hesabına təmin olunur.
Bununla yanaşı, Standard & Poor"s 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini "BB-/B" səviyyəsində "müsbət" proqnozla təsdiqləyib. Bank eyni zamanda International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib.
Son illərdə PAŞA Bank bir sıra nüfuzlu beynəlxalq mükafatlara da layiq görülüb. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən təltif olunan Bank, o cümlədən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub. / banker.az

Banklar     Tarix: 21 aprel 2026

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler iqtisadiyyat xeberleri bank faizleri leobank kart kicik biznes