"MuğanBank" ilk rübdə mənfəət etdiyini açıqladı

"MuğanBank" ASC 2023-cü ilin I rübündə 103 min manata yaxın xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə bankın I rüb üzrə maliyyə hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, "MuğanBank"ın faiz gəlirləri illik müqayisədə 19 faiz artımla 10.7 mln. manata yüksəlib. Faiz gəlirlərinin 9.76 mln. manatı kreditlərdən gələn faizlərdir və öncəki ilin eyni dövründə bu rəqəm 8.53 mln. manat təşkil etmişdi.
Bankın faiz xərcləri 10.54 mln. manata yüksəlməsi xalis faiz gəlirlərini illik müqayisədə azaldaraq 0.17 mln. manata endirib.
Bank hesabat müddətində 7.58 mln. manat qeyri-faiz gəliri əldə edib və 7.59 mln. manat qeyri-faiz xərci çəkməli olub.
Beləliklə, 103 min manat xalis mənfəət əldə edib. Öncəki ildə onun xalis mənfəəti 3.02 mln. manat idi.
"MuğanBank" ASC 2023-cü ilin ikinci rübünə yeni rəhbərliklə start verib. Öncəki illərdə İdarə Heyətinin yenilənməsindən sonra bank Müşahidə Şurasının üzvlərini dəyişdirdi. Göründüyü kimi kommersiya bankının ali idarə etmə orqanı idarəetməni gücləndirməklə bazarda mövqe qazanmağa və maliyyə nəticələrini bir qədər yaxşılaşdırmağı hədəflədiyi müşahidə edilməkdədir.
Kommersiya bankı hazırda bazarda 12-ci ən iri aktivə sahib olan bankdır. O 739.82 mln. manat aktivlərə sahibdir ki, bu son bir ildə 12 faiz artım deməkdir. Aktivlərin də böyük hissəsi, əsas fəaliyyət istiqaməti sayılan kredit portfelidir və bu həcmi 423.04 mln. manat üzərindədir. Bankın kredit portfelində son bir ildə 1%-lik artım nümayiş edilib.
"MuğanBank"ın öhdəliklərinin həcmi 646.57 mln. manat təşkil edib ki, bunun da 428.02 mln. manatı depozitlərdir. Depozitlər rüblük azalma göstərsə də illik 53% artıb.

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes