Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib.
Banker.az-ın əldə etdiyi məlumatda bu qeyd edilir.
Qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir. İş materiallarına görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb.
Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz.
Qeyd olunub ki, borc barədə digər şəxslərə məlumat verilməsi bank sirrinin və şəxsi həyat sirrinin yayılması, həmçinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilməlidir.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?