Nar biznesində gəlirlər azalıb: "2022-də 140 min gəlirimiz olmuşdu, 2023-də 250 min zərər etmişik"
Azərbaycanın xaricə ixrac etdiyi əss qeyri-neft məsullarından olan narın satışından gəlirlər son iki ildə azalmaqdadır.
Azərbaycandan xaricə satılan nar 30% ucuzlaşıb - GƏLİRLƏR 2 DƏFƏDƏN ÇOX AZALIB
FED.az xəbər verir ki, 2023-cü ildə Azərbaycandan xaricə ümumi dəyəri 30,6 milyon dollar olan 28,6 min ton nar ixrac edilib. Xaricə satılan narın 1 kiloqramının orta ixrac qiyməti 2023-də 1,07 dollar və ya 1,82 manat təşkil edib.
2022-ci ildə sə xaricə 23,3 min ton nar ixrac edilmiş, bundan 31,6 milyon dollar gəlir götürülmüşdü. 2022-də narın 1 kiloqramı orta hesabla 1,35 dollara və ya 2,30 manata ixrac olunmuşdu.
Göründüyü kimi, narın xaricə ixrac qiyməti kəskin şəkildə – hər kiloqramda təqribən 50 qəpik azalıb. Bunun nəticəsidir ki, 2023-cü ildə xaricə atılan narın həcmi arntsa da, ondan əldə edilən gəlirlər 2022-ci illə müqayisədə daha az olub.
Eyni proses 2024-cü ildə də davam edir. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 1,49 milyon dollar dəyərində 1 709 ton nar ixrac edilib.
2023-cü ilin yanvarı ilə müqayisədə narın həm ixrac həcmi (36%), həm də ondan gələn gəlirlər kəskin (2,3 dəfə) azalıb.
Nəticədə əgər 2023-cü ilin yanvarında narın 1 kiloqramının orta qiyməti 2,13 manat idisə, 2024-cü ilin ilk ayında bu rəqəm 1,48 manat olub.
Nar istehsalçıları bildirir ki, narın ixracından əldə edilən gəlirlərin, daha dəqiqi ixrac qiymətinin aşağı düşməsinin əsas səbəbi, rus rublunun zəifləməsidir.
Azərbaycan Nar İxracatçıları Assosiasiyasından FED.az-a bildirilib ki, Azərbaycanın xarici ölkələrdə nar satışında əsas bazarı Rusiyadır. Əvvəllər Azərbaycan narı Ukrayna və Polşaya da ixrac edilirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə Ukraynaya ixrac dayandırılıb. Bundan başqa, həmin müharibənin təsiri ilə rus rublunun dəyərini itirməsi nəticədə, nar ixracından gəlirlərdə azalma baş Verdi. Hazırda Azərbaycan narının Rusiyada sağtış qiyməti 1 kiloqram üçün 2,5-3 manat arasındadır.
Assosiasiyadan bildirilib ki, nar satışından gəlirlərin azalması sahibkarların işinə hər hansı təsir etməyib, onlar ötən ili mənfəətlə başa vurublar. Bundan başqa onlar tərəfindən hər hansı narazılıq və şikayət daxil olmayıb.
Xaricə nar ixracı ilə məşğul olan sahibkar Seymur Babayev da Rusiyaya, amma daha çox Ukraynaya nar satışı ilə məşğul olur. Hazırda Ukrayna bazarına ixracda müəyyən çətinliklərin olduğunu bildirən sahibkar bildirir ki, əvvəl Ukraynaya nar Rusiya üzərindən ixrac olunurdusa, indi müharibə səbəbindən yolun uzanması logistik xərclərin daha çox olmasına, dövriyənin və gəlirlərin də azalmasına səbəb olub.
İş adamı bildirir ki, Ukaryanaya narın kiloqramı 85 sentə, Rusiyaya isə 1 – 1,1 dollara satılır.
"İxarcda gəlirlərin azalmasına baxmayaraq biz ixraca davm etdik. Lakin biz bu il artıq ixracda bu cür çətinliklərin öncədən baş verə biləcəyini nəzərə alaraq soyuducu anbar haqqında düşünürük. Belə vəziyyət olanda ən azından məhsulumuzu müəyyən müdətə həmin anbarda saxlaya bilək. Narı soyuducusuz çox saxlamaq da mümkün deyil"-deyə iş adamı bildirir.
Əvəzində iş adamı məhsulunun azaldığını bildirib. O qeyd edib ki, 2023-cü ildə 2022-ci ilə nisbətən məhsuldarlıq və gəlirlər kəskin aşağı düüşüb: "Əgər 2022-ci ildə məhsuldarlıq 800 ton olmuşdusa 2023-cü ildə bu rəqəm 250 ton oldu. Məhsuldarlığın aşağı düşməsinə səbəb bilinməyən xəstəlik oldu".
Məhsuldarlığın azalması sahibkara böyük zərər vurub: "2022-ci ildə 130-140 min manat gəlir əldə etsək də 2023-cü ildə 250 min manat ziyana düşdük".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?