Naxçıvan 2024-cü il büdcəsi qəbul olunub

Naxçıvan 2024-cü il büdcəsi qəbul olunubVI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının səkkizinci iclası keçirilib
Ali Məclis sədrinin müavini Anar İbrahimovun rəhbərliyi ilə baş tutan toplantının gündəliyinə 3 məsələnin müzakirəsi daxil edilib.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib ki, "Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında" qanununun layihəsi komitənin iclasında redaktə məqsədilə baxılıb və layihə III oxunuşda müzakirə olunması üçün qanunverici orqanın payız sessiyasının növbəti iclasının gündəliyinə salınması üçün təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Ali Məclisin plenar iclaslarında büdcə zərfinə daxil olan sənədlərin müzakirələri zamanı deputatların qaldırdıqları sualları cavablandırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 21.1-ci maddəsinə əsasən "Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında" qanun səsə qoyularaq III oxunuşda qəbul olunub.
Sonra "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova məlumat verib. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
S.Məmmədov bildirib ki, istər sessiya, istərsə də komitə iclaslarında deputatlar çox fəal iştirak edib və əhalini narahat edən məsələlərlə bağlı bir çox fikirlər səsləndirilib, hökumətə ünvanlanmış suallar cavablandırılıb və öncəki oxunuşlarda səsləndirilən bəzi problemlər artıq operativ şəkildə öz həllini tapıb. Qaldırılan bir sıra məsələlər, verilən təkliflər baxılması üçün hökumətin nəzarətinə götürülüb. Baş nazir muxtar respublikanın 2023-cü il iqtisadi göstəriciləri, 2024-cü il büdcəsinin gəlir və xərcləri barədə ətraflı məlumat verib.
A.İbrahimov Ali Məclisin üzvləri adından müzakirələrdə fəal iştirak etdikləri üçün hökumət üzvlərinə təşəkkür edərək bildirib ki, büdcə prosedurları ilk dəfə Naxçıvan Muxtar Respublikasında qanuna uyğun olaraq aparılmağa çalışılıb. Ali Məclisin və Nazirlər Kabinetinin ən böyük uğuru büdcə müzakirələrinin ictimai rəyə açıq və tam şəffaf keçirilməsinə başlamaq olub. Bu, hesabatlılıq, şəffaflıq, dövlət başçısının hər birimizin qarşısında qoyduğu əsas vəzifələrdən biridir. Bunun təmin olunmasında yalnız Ali Məclis və hökumət yox, muxtar respublika və ölkə mediasının da töhfəsi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 56-cı maddəsinə əsasən Ali Məclisin xərclər smetası Ali Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir. Buna müvafiq olaraq "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında" qərar layihəsi hazırlanıb. Sənəd haqqında Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məlumat verib. Qərar səsə qoyularaq qəbul edilib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb. / marja.az

Maliyyə     Tarix: 22 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler valyuta kurslari biznes xeberleri valyuta xeberleri bitkoin qiymeti