Naxçıvanbankın mənfəəti 68% artıb

Naxçıvanbankın mənfəəti 68% artıbNaxçıvanbank 2022-ci ilin ikinci rübü üçün maliyyə göstəricilərini açıqlayıb.
Bankın yayadığı məlumatda bildirilir ki, 2022-ci ildə Naxçıvanbankın ümumi aktivlərinin həcmi 67 milyon 527 min manat artıb. Sözügedən dövrdə bankın aktivləri ötən ilin müvafiq dövründən 24.4 % daha çox olmuşdur.
Naxçıvanbank kredit portfelinin həcmi ikinci rübün hesabat dövründə 31.5 % yəni, 39 miliyon 475 min manat artımla 164 milyon 562 min manata yüksəlmişdir.
Bankın depozit portfeli 2021-ci illə müqayisədə cari ilin ikinci rübündə fiziki və hüquqi şəxslərin depozitləri ilə birlikdə 42.5 % artaraq 169 milyon 292 min manat təşkil edib. Həmçinin bankın depozit portfeli müddətli kreditlər hesabına 14 milyon 324 min manat artıb.
Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə kapital ötən ilin qeyd olunan dövrünə nisbətən 9.2 % artmışdır. Nizamnamə kapitalının artımı 9 milyon 570 min manat və ya 11.3 % təşkil etmişdir. Ümumilikdə "Naxçıvanbank" ASC-nin nizamnamə kapitalı 94 milyon manata yüksəlmişdir.
Bankın mənfəəti 2022-ci ilin ikinci rübündə 7 milyon 813 min manat təşkil etmişdir. Beləliklə, 2021-ci ilin ikinci rübü ilə müqayisədə cari ilin ikinci rübündə bankın mənfəəti 1.7 dəfə və ya 3 milyon 169 min manat artmışdır. Mənfəətin bu dərəcə yüksəlməsi bankın gəlirlərin artmasından qaynaqlanır.
Prioritet sahələrdən olan nağdsız əməliyyatların inkişafına təkan verən və təmassız ödəməni asanlaşdıran POS-terminalların sayında da artım müşahidə edilib. Belə ki, 2022-ci ildə keçən illin müvafiq dövrü ilə müqayisədə aktiv POS-terminalların sayı artaraq 1096-ya çatmışdır.

Banklar     Tarix: 15 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank