Naxçıvanda bank hesablarının sayı 22 % artıb

Naxçıvanda bank hesablarının sayı 22 % artıbBu il iyulun 1-nə Naxçıvan MR-də 260 823 bank hesabı olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsin məlumat yayıb. 
Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 22,3 % çoxdur.
Bank hesablarının 177 564-ü cari, 82 232-si kredit, 1 027-si isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 13,9 %, 45,3 % və 16,4 % çoxdur.
Bank hesablarının 2 883-ü hüquqi, 257 940-ı isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 35,6 % və 22,1 % çoxdur. Fiziki şəxs hesablarının isə 42 043-ü fərdi sahibkar hesablarıdır. Bu da illik müqayisədə 83,9 % artım deməkdir.
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada 28 194 yeni bank hesabı açılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,2 % azdır. Yeni hesabların 578-i hüquqi, 27 616-sı isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 dəfə çox və 3,9 % azdır. Yeni fiziki şəxs hesablarının 4 062-si isə fərdi sahibkar hesablarıdır. Bu da illik müqayisədə 40,4 % artım deməkdir. / marja.az

Banklar     Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek


iqtisadi xeberler bitkoin bitkoin qiymeti dollarin kursu bu gun kripto