Nədir yaşıl iqtisadiyyat?

Nədir yaşıl iqtisadiyyat?Ümumi anlayış
Elə bir iqtisadi (eko)sistemdir ki, bu sistemdə ətraf mühitə ən az zərər vurmaqla və ətraf mühitdə mövcud olan təbii sərvətləri tükətmədən və ya az tükədərək insanların rifahı yüksəldilir və sosial bərabərlik təmin edilir.
Anlayışın tarixçəsi
Bu anlayışa ilk dəfə 1989-cu ildə ətraf mühit üzrə tanınmış mütəxəssislər tərəfindən Birləşmiş Krallığın hökuməti üçün hazırlanmış olan "Yaşıl iqtisadiyyat üçün planlar"a dair hesabatda geniş verilmişdir. Hesabatda davamlı inkişafın iqtisadi artıma təsirlərinə dair məsələlərə toxunulur.
Anlayışın qlobal xarakter daşıması isə 2008-ci ilə təsadüf edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı ölkələrin qlobal böhrandan çıxış planlarına yaşıl iqtisadiyyata dair təşəbbüsləri də daxil etmələrini tövsiyə etmişdir.
Ənənəvi (yaşıl olmayan) iqtisadi sistemdən fərqi
Əgər ənənəvi iqtisadiyyatda iqtisadi artıma ətraf mühit və ətraf mühitdə mövcud olan təbii (tükənən) resurlar nəzərə alınmadan nail olunursa, yaşıl iqtisadiyyatda iqtisadi artıma bu iki anlayışa – ətraf mühit və təbii resurslar – balanslı və dayanıqlı yanaşma nəzərə alınmaqla nail olunması hədəflənir.
Faydaları
Ətraf mühit: Ən böyük fayda ətraf mühit sahəsindədir. Karbon emissiyasının, ətraf mühitin çirkləndirilməsinin azaldılması nəticəsində daha böyük miqyasda təmiz hava və təmiz suyun əldə edilməsinə, eyni zamanda biomüxtəlifliyin və bu ekosistemin qorunmasına nail oluna bilər.
İqtisadi: Bu istiqamətdə görülən işlər bərpaolunan eneji, dayanıqlı kənd təsərrüfatı, yaşıl texnologiyalar və aidiyyəti digər sahələrdə yeni bazarların (bizneslərin) və iş imkanlarının yaranmasına gətirib çıxarır. Bu da iqtisadi sistemlərin canlanması deməkdir.
Sosial: Ətraf mühitə vurula biləcək zərərlərin azaldılması nəticəsində ölkələrdə insanlar üçün daha sağlam ətraf mühit və daha yüksək rifah (təhsil, iqtisadi vəziyyət) mühiti yaranmış olur. 
Nümunələr
Bərpaolunan enerji texnologiyaları üzrə: Günəş, külək, geotermal enerjinin və hidroenerjinin geniş miqyasda tətbiqi.
Dayanıqlı nəqliyyat üzrə: Elektriklə işləyən/hibrid avtonəqliyyat vasitələri, elektriklə işləyən ictimai nəqliyyat sistemi, velosipedlərdən istifadə, daha çox piyada keçidlərinin salınması.
Kənd təsərrüfatı üzrə: Səlis fermerlik (GPS, sensorlarla məhsuldarlığın təşkili), təbii/orqanik fermerlik, vertikal fermerlik, akvaponik sistemin tətbiqi (balıq və bitkilərin bir yerdə yetişdirilməsi), ağıllı suvarma sisteminin tətbiqi.
Yaşıl tikinti texnologiyaları üzrə: Yüksək izolyasiya materiallarından istifadə, damlarda bitki örtüyünün salınması, günəş işıqlarından passiv istifadə (işıqlandırma və istilik), dayanıqlı tikinti materiallarından istifadə, su rezervlərindən effektiv istifadə (suyun binada yenidən istifadəsi).
Effektiv enerji texnologiyaları üzrə: LED işıqlardan istifadə, elektrik enerjisindən ağıllı şəbəkələr vasitəsilə istifadə (smart grid), enerjiyə qənaət edən avadanlıqlardan istifadə.
Tullantıların idarə edilməsi və təkrar emal üzrə: Tullantılar üzrə təkrar emal sistemlərinin yaradılması, kompost gübrələrdən istifadə, tullantıların enerjiyə çevrilməsi, plastik qablaşdırıcıları təkrar emal oluna bilən materiallarla əvəzləmə.
Müəllif: Orxan  Məmmədli
Müəllif: Orxan  Məmmədli / banker.az

Maraqlı     Tarix: 06 iyun 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin