Neft Fondunun 25 ildə səhm indeksləri strategiyası üzrə gəlirləri açıqlanıb

Neft Fondunun 25 ildə səhm indeksləri strategiyası üzrə gəlirləri açıqlanıbAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm indeksləri strategiyası üzrə yaranma tarixindən 232% və ya 5,6 milyard ABŞ dolları gəlir əldə edib (30 iyun 2024-cü il tarixinə).
Bu barədə cavab olaraq ARDNF-dən bildirilib. Qeyd olunub ki, əksər institusional investorlar, o cümlədən suveren sərvət və pensiya fondları kimi ARDNF də kotirovka olunan səhmlərə investisiyalarını həyata keçirərkən passiv idarəetmə strategiyasından istifadə edir. Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, "MSCI World" kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan "MSCI World" indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1430 şirkətin səhmlərini özündə birləşdirir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır.
"MSCI World" indeksinin izlənilməsi üzrə göstəricilər* (30 iyun 2024-cü il tarixinə)
Neft Fondunun 25 ildə səhm indeksləri strategiyası üzrə gəlirləri açıqlanıb*ARDNF-nin kotirovka olunan səhm investisiyalarının "MSCI World" indeksini izləyən hissəsi. Bundan əlavə 1.5 milyard ABŞ dolları həcmində hissəni "MSCI Europe ex UK" indeksini izləyən portfel və nağd vəsaitlər təşkil edir.
Səhm indeksi hər hansı region, ölkə, sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləri ehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur. Bu indekslərə nümunə olaraq "S&P 500" (ABŞ səhm bazarının 500 ən iri həcmli şirkəti), "STOXX Europe 600" (Avropanın inkişaf etmiş ölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), "NASDAQ 100 Technology Sector" (100 ən böyük texnologiya şirkəti) göstərmək olar.
"MSCI World" indeksinin ölkələr və sektorlar üzrə bölgüsü (30 iyun 2024-cü il tarixinə)
Neft Fondunun 25 ildə səhm indeksləri strategiyası üzrə gəlirləri açıqlanıbNeft Fondunun 25 ildə səhm indeksləri strategiyası üzrə gəlirləri açıqlanıbQeyd: Bildirək ki, cədvəllərdə və qrafiklərdə əksini tapmış rəqəmlər 30 iyun 2024-cü il tarixinədir və bu rəqəmlər daimi olaraq bazar hərəkətlərinə uyğun olaraq dəyişir.
Qeyd edək ki, passiv idarəetmə çərçivəsində indeksin izlənilməsi dedikdə, indeksə daxil olan səhmlərə onların indeksdəki çəkilərinə müvafiq olaraq investisiya etməklə səhm portfelinin qurulması nəzərdə tutulur. Əlavə olaraq bildirmək istərdik ki, ARDNF Birja ticarəti fondları (ETF – Exchange Traded Funds) və ya müştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olan şirkətlərin səhmlərini birbaşa alır.
ARDNF-nin İnkişaf etmiş ölkələrdə kotirovka olunan səhm investisiyaları üzrə əsas göstəricilər və gəlirlilik (30 iyun 2024-cü il tarixinə)
İnvestisiya edilən vəsait
7.1 milyard ABŞ dolları
Gəlir
5.6 milyard ABŞ dolları
Cari dəyər
12.7 milyard ABŞ dolları
Portfelin yarandığı tarixdən gəlirlilik
232%
Bir daha vurğulamaq istərdik ki, ARDNF individual səhmləri seçməklə spekulyativ və ya riskli strategiyanı deyil, bir çox institusional investorlar kimi daha konservativ, diversifikasiyanı təmin edən passiv idarəetmə strategiyasını həyata keçirir. / banker.az

Xəbərlər     Tarix: 22 iyul 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler 1000 manatla biznes biznes xeberleri internetden pul qazanmaq biznes qurmaq