Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır
Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi
13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda biznes əlaqələrinin qurulmasına yeni yanaşma gətirən "THE NET LOUNGE" layihəsi təqdim edildi.
Ölkədə ilk dəfə həyata keçirilən bu konsept iş insanlarını xüsusi mövzu masaları və premium networking imkanları ətrafında bir araya gətirdi.
"THE NET LOUNGE" təsadüfi tanışlıqlardan fərqli olaraq, iştirakçıların məqsədli şəkildə doğru insanlarla əlaqə qurmasına, fikir mübadiləsi aparmasına və yeni biznes imkanları yaratmasına şərait yaradan premium networking mühitidir.
Layihənin əsas konsepti müxtəlif biznes istiqamətlərinə və maraq dairələrinə uyğun hazırlanmış xüsusi masalar üzərində qurulub. Hər masa müəyyən mövzu ətrafında ünsiyyət, fikir mübadiləsi, təcrübə paylaşımı və potensial tərəfdaşlarla tanışlıq üçün imkan yaradır.
Bu yanaşma iştirakçılara təsadüfi tanışlıqlar axtarmaq əvəzinə, maraq və fəaliyyət istiqamətlərinə uyğun insanlarla birbaşa əlaqə qurmağa imkan verir.
"THE NET LOUNGE" çərçivəsində sahibkarlar, investorlar, şirkət rəhbərləri və müxtəlif sahələrin peşəkarları üçün premium networking imkanları təqdim olundu.
Networking Azerbaijan bu layihə ilə Azərbaycanda networking mədəniyyətini yeni mərhələyə daşımağı və biznes əlaqələrinin daha effektiv şəkildə qurulması üçün innovativ platforma yaratmağı hədəfləyir.
Platforma həmçinin yerli biznes icması ilə beynəlxalq sahibkarlar və investorlar arasında yeni əlaqələrin formalaşdırılması üçün imkanlar yaratmağı planlaşdırır.
Layihənin əsas fəlsəfəsi "Doğru insan. Doğru masa. Doğru əlaqə." prinsipi üzərində qurulub.
Bu layihə çərçivəsində bizimlə əməkdaşlıq edən şirkətlərə öz təşəkkürümüzü bildiririk.
gbaru.az
ledazevents
theflametowers
lunchefcatering.az








Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Aqrar biznesə dəstək: "PAŞA Sığorta" 280 000 manata yaxın zərəri ödədi
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Az pulla hansı işi qurmaq olar?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən çox maaş verən şirkətləri
Onlayn biznes ideyaları