"Neuralink" ikinci pasiyentə neyroçip implantasiya edib
İlon Maskın əsasını qoyduğu Amerikanın neyrotexnologiya şirkəti "Neuralink" ikinci xəstəyə beyin çipi yerləşdirib. Bu barədə biznesmenin özü alim Leks Fridmanın podkastında məlumat verib.
Çip onurğa beyni zədəsi olan şəxsə implantasiya edilib. Mask başqa təfərrüatları açıqlamayıb. May ayında "The Wall Street Journal" qəzeti yazıb ki, şirkət ABŞ hakimiyyət orqanlarından müvafiq icazə alıb.
Mask bildirib ki, "Neuralink" klinik sınaqların bir hissəsi olaraq 2024-cü ildə daha səkkiz xəstəyə implant implantasiya etmək niyyətindədir.
"Neuralink" çipi ilk dəfə yanvar ayında Noland Arbo adında bir şəxsə implantasiya edilib. O, iflicdir və son səkkiz il ərzində qollarını çiyinlərindən aşağı hərəkət etdirə bilmir. Cihaz ona düşüncə gücü ilə bədənini idarə etməyə imkan verir. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb