Nicat Rəsulov "Kapital Bank" mühüm vəzifəyə təyinat alıb
Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik olan "Kapital Bank" ASC-də yeni idarə üzrə baş direktor təyin edilib.
Banker.az xəbər verir ki, Nicat Rəsulov Kredit riski və informasiya təhlükəsizliyi idarəsinin baş direktoru təyin edilib. O, bu vəzifəsinin icrasına rəhbərliyin qərarı ilə 2023-cü ilin yanvarından başlayıb.
Nicat Rəsulov 8 ilə yaxındır ki, "Kapital Bank" ASC-də çalışır. O, 2015-ci ilin iyulunda bankın komandasına qatılımış, 2016-cı ilin oktyabrından Kredit anderraytinqi departamentinin müvəqqəti direktoru, 2017-ci ilin aprelindən isə həmin departamentin rəhbəri təyin edilib.
N.Rəsulov bundan öncə "PAŞA Bank" ASC, "Unibank" ASC və "Bank VTB Azərbaycan" ASC kimi tanininmiş kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.
"Kapital Bank"ın strukturunda bu vəzifə müxtəlif blokları özündə birləşdirir. İdarə Heyətindən sonra ikinci mühüm idarə etmə orqanıdır. Hazırda rəsmi səhifəsində 3 idarə rəhbəri var.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Fond birjası nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes qurmaq istəyənlərə 10 məsləhət