Növbəti "Sıfır Tullantı" həmrəylik marafonu Kür çayının sahilində keçirildi
®Qırmızı Ürəklər Fondu Kapital Bank-ın 150 illik yubileyi münasibətilə başlatdığı "Sıfır Tullantı" marafonu davam edir. İnsanlara ətraf mühitin mühafizəsinə qarşı həssaslığı artırmağa və təbiəti qorumağa hədəfləyən layihə bu dəfə Yevlax rayonunun Varvara kəndində Kür çayının sahilində həyata keçirib. Marafonda bankın "Mərkəzi Aran" iqtisadi rayonunu əhatə edən filial şəbəkəsindən 50-dən çox könüllü iştirak edib.
Tədbir zamanı ərazi 753 kq plastik və zərərli tullantılardan təmizlənib.
Marafon çərçivəsində fikirlərini bildirən Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı bu göstəricilərin ətraf mühitin qorunması və təmizliyinə dəyərli töhfə olduğunu qeyd edib. "Təbiətin mühafizəsi Fond olaraq bizim əsas istiqamətlərimizdən biridir. Bu yolda bizə dəstək olan bütün könüllülərimizə minnətdaram. Biz gələcək nəsillərimizə daha sağlam bir dünya miras qoymaq üçün toplanmışıq. Bunun üçün insanların məlumatlı olmaları, şəxsi məsuliyyətlərini dərk etmələri, təbiəti qorumağa elə öz ətraflarından başlamaları yetərlidir.
Qeyd edək ki, "Red Hearts"- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil olmaq kifayətdir. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları