Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Bu ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manat həcmində 5 305 fırıldaqçılıq halı baş verib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Ölkə daxilində fırıldaqçılıq hallarının məbləği cari ilin I rübü ilə müqayisədə 20,43% azalıb, sayı isə 6.2% artıb.
Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 33,9%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.
Cari ilin II rübündə həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 93,1%-i, ölkəxarici halların isə 92,8%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?